GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Tarix: 14-12-2017, 10:50 Bölmə :Cəmiyyət Baxış: 374
Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia


Bakının Kremlə qarşı diplomatik de-marşı diqqətdə; Ermənipərəst səfir təyinatı ilə bağlı qalmaqalda daha bir sirli detal; keçmiş diplomat: “Başqa bir dövlətin səfirinə aqreman verilməməsi fövqəladə hadisədir”; “The News Times”: “Azərbaycan postsovet məkanında ilk ölkədir ki...”

Rusiyanın Azərbaycana yeni səfir təyinatı birinci cəhddə boşa çıxsa da, belə görünür, məsələ ətrafında diplomatik-siyasi gərginlik tam aradan qalxmayıb. Hər halda, xarici KİV-lərin və ekspertlərin davam edən şərhlərindən belə bir qənaətə gəlmək mümkündür.

“Yeni Müsavat” bir daha xatırladır ki, bu il noyabrın 27-də Rusiya prezidenti V.Putin Vladimir Doroxinin Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doroxin 9 il idi ki, bu vəzifədə çalışırdı. Onun yerinə ermənipərəst Georgi Zuyevin gətiriləcəyi deyilsə də, Bakının Zuyevə aqreman vermədiyi bəlli olmuşdu.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə bundan az sonra ad çəkmədən bildirmişdi ki, Bakıya başqa səfir göndəriləcək. Sitat: “Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Hazırda isə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir. Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur”.

Öz növbəsində xarici işlər naziri Sergey Lavrov bu arada iddia eləmişdi ki, Moskva Azərbaycan hökumətindən heç vaxt Georgi Zuyev üçün aqreman xahiş eləməyib. Lakin bu iddia məsələ ətrafında davam edən şərhlər və müzakirələr fonunda təsdiqini tapmır. Daha çox belə bir nəticə hasil olur ki, Bakının aqreman verməməsi məsələsi doğrudur və Lavrovun sözləri də sırf rəsmi Moskvanın “öz sifətini” saxlamaq və pərtliyini ört-basdır eləmək cəhdidir. Çünki hər necə olmasa, söhbət balaca dövlət olan Azərbaycanın Rusiya kimi iri dövlətə qarşı diplomatik de-marşından və bunu Kremlin çətin həzm eləməsindən gedir. Peşəkar şərhlərdən və KİV yazılarından da bunu görmək olar.

*****

“Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar”. Bunu “Exo Moskvı” radiosuna Rusiya xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib (virtualaz.org).

Sabiq diplomatın sözlərinə görə, bu, kifayət qədər nadir hadisədir. “Başqa dövlətin səfirinə aqreman verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, - deyə o qeyd edib və bildirib ki, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. “Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər” - Kunadze əlavə edib. Ekspert onu da deyib ki, bu cür vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.

*****

“Azərbaycan MDB ölkələri arasında ilk ölkə oldu ki, Moskvanın postsovet məkanında kadr təyinatına qarşı çıxdı: Bakı Sergey Lavrovun idarəsində Kadrlar Departamentinin direktor müavini olan Georgi Zuyevin Azərbaycanda yeni səfir təyinatına razı olmadı. Zuyevin namizədliyi hələ bu ilin iyulunda Dövlət Dumasında təsdiqlənmişdi. Ancaq Rusiya Federasiyası onun təyinatı üçün Azərbaycandan axır ki, aqreman ala bilmədi”.

“Yeni Müsavat”ın minval.az-a istinadla verdiyi xəbərə görə, bu fikir Rusiyadakı ingilisdilli nəşr olan “The News Times”da dünən yer almış məqalədəndir.

Məqalədə daha sonra deyilir: “İlk dəfə bu barədə informasiya Azərbaycandakı qeyri-rəsmi xəbər resurslarında gedib. ”The News Times"ın Bakıdakı diplomatik qaynağının sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ətrafında qərara gəlinib ki, məsələ publik çalar almasın və əvəzində Moskvaya yeni namizəd axtarışı üçün vaxt verilsin. Moskva da Bakının imtinasını şərh eləməyib. Bu məsələ bir daha Sergey Lavrovun 19 noyabr Bakı səfəri zamanı İlham Əliyevlə görüşündən sonra üzə çıxıb. Moskva qəti şəkildə əmin olub ki, Bakı Zuyevi qəbul etməyəcək və yeni namizədlə bağlı vaxt uzadılmasa yaxşıdır. Bundan bir neçə gün sonra isə Putin Doroxinin səfir vəzifəsindən azad eləmək haqda sərəncam imzalayıb. Ardınca Mariya Zaxarovanın bəyanatı olub".

Məqalənin pərdəarxası ilə bağlı bəzi digər detallar da diqqət çəkir: “Qafqaz haqda biliyi və adekvat diplomatik təcrübəsi olmayan bir insan (Georgi Zuyev nəzərdə tutulur - red.) haradasa ”qara at" təəssüratı bağışlayır. Üstəlik də, kabinet məmuru və yəqin ki, kontorun yetirməsi". Bu sözləri “NT” ilə söhbətdə adının çəkilməsini istəməyən bir azərbaycanlı məmur deyib və əlavə edib ki, şəxsən ona indiyədək nə Zuyevin fotosunu əldə eləmək, nə də onun haqqında xidməti siyahı üzrə ətraflı bilgi almaq müyəssər olmayıb.

“Öz növbəsində Bakıdakı avropalı diplomatik mənbə iddia edib ki, Moskvanın İlham Əliyevdən narazılığı üçün səbəbləri var. Mənbənin sözlərinə görə, Putin istəyir ki, Azərbaycan özünün neft dollarları ilə birgə Avrasiya İqtisadi Birliyinə üzv olsun və bununla da qurumun hazırda yüksək olmayan nüfuzunu qaldırsın. Buna son olaraq, bir daha noyabrın 1-də Tehranda, Putin-Əliyev görüşü zamanı işarə vurulub. Əliyev isə cavabı gecikdirir”, - deyə nəşr sonda iddia edib.

*****

Hər halda, bu, ingilisdilli nəşrin iddiasıdır. Bir qədər də sensasion sayıla bilər.

Əlavə edək ki, noyabrın 1-də Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçlü formatda sammiti keçirilib. Əsas müzakirə mövzusu üç qonşu dövlət arasında iqtisadi-ticari əməkdaşlığı daha da genişləndirmək, o sırada “Şimal-Cənub” dəmir yolu beynəlxalq dəhlizi ilə bağlı layihənin gerçəkləşməsini sürətləndirmək olub./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana təyin olunmuş qalmaqallı səfir haqqında MƏXFİ məlumatlar: Fotosu gizlədilir, tərcümeyi-halı açıqlanmır - SƏBƏB

    Azərbaycana təyin olunmuş qalmaqallı səfir ...

    3-12-2017, 19:39

  • 
  • Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan etiraz siqnalı

    Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan ...

    12-12-2017, 11:00

  • 
  • Rusiyanın Türkiyədə qətlə yetirilən səfirinin yerinə YENİ TƏYİNAT

    Rusiyanın Türkiyədə qətlə yetirilən səfirinin ...

    19-06-2017, 13:31

  • 
  • Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

    Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı ...

    26-09-2017, 19:40

  • 
  • Putin Amerikanın 9 agentinin siyahısını verdi

    Putin Amerikanın 9 agentinin siyahısını verdi ...

    4-12-2017, 21:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu