Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb.
Bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir. Xarici KİV-lər “xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq. Noyabrın 25-də Rusiya prezidenti xarici KİV-ləri agentlərlə bərabərləşdirməyə icazə verən qanunu imzalayıb. Noyabrın 29-da isə Dövlət Dumasına xarici agent funksiyalarını yerinə yetirən KİV-lərin 5 milyon rubla qədər inzibati cərimə edilməsini nəzərdə tutan qanun layihəsi daxil edilib. Parlament üzvləri vurğulayırlar ki, qanunvericilik ABŞ-ın Rusiya KİV-i - “Russia Today” (RT) və “Sputnik” telekanalı barəsində hərəkətlərinə cavab olaraq daxil edilir. Federasiya Şurasındakı mənbənin “Sputnik” agentliyinə verdiyi məlumata görə, “xarici agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq. Daha əvvəl isə bildirilirdi ki, “xarici agent” statusu “Amerikanın Səsi”, “Radio Azad Avropa/Radio Azadlıq” radiokanallarına, “Əsl vaxt” telekanalına, “Azadlıq Radiosu”nun regional layihələri “Krım. Reallıqlar”, "Sibir. Reallıqlar”, “Qafqaz. Reallıqlar” və “Faktoqraf” daxildir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?