GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

Tarix: 12-12-2017, 14:15 Bölmə :Cəmiyyət Baxış: 545
DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB


“Biz daşkəsənlilər yaxşı bilirik ki, dünya şöhrətli siyasətçi, xalqımızın xilaskarı, Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev Vətənimizə bağlı olmuş, öz cəsarəti, dərin zəkası, müdrikliyi, milli vətənpərvərliyi, azərbaycançılıq ideyası ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımıza qurban verməyə hazır olduğunu ömrü boyu sübut etmişdir.”
Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı


Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünü daşkəsənlilər dərin məhəbbət və ehtiramla yad ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış, rayonda dekabr ayının 1-dən 12-dək anım günü silsilə tədbirlərlə qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarda, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, bələdiyyələrdə anım tədbirləri keçirilmişdir.

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

Ümumtəhsil məktəblərində və mədəniyyət müəssislərində inşa yazı, rəsm müsabiqələri, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, kitab sərgiləri, fotostendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin Ulu Öndər Heydər Əliyevə, onun əbədi ideyalarına dərin hörmət və böyük ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyev şəxsiyyətinin nümunəsində Vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də Daşkəsən rayon ictimaiyyətinin 2000 nəfərdən çox nümayəndəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznlü musiqi sədaları altında gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə baş çəkmiş, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçirmişlər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan ziaylı nümayəndələrin iştirakı ilə ümumrayon toplantısı da keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən film nümayiş etdirilmişdir.

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən ümumrayon toplantısında çıxış etmişdir.
O, çıxışında demişdir:
– Bu gün çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Bu gün ölkəmizin ərazi bölgələrində və bütün dünya azərbaycanlıları xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünü böyük ehtiram və dərin hüznlə yad edirlər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, xalqımızın böyük oğlu Heydər Əliyevin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir.
Ötən 14 il müddətində biz Ümummilli lider Heydər Əliyevin böyüklüyünün bir daha da şahidi olduq. Ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi olduğunu bir daha göstərdi. Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri qavradıqca Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlərini, müstəqil Azərbaycan dövlətini qurub yaratdığını birmənalı olaraq dərk edirik.
Ulu Öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması, azərbaycançılıq ideyası üçün bütün ömrünü, həyatını həsr etmişdir.
Məhz Heydər Əliyevin misilsiz xidmətləri ilə Azərbaycanın faktiki olaraq müstəqil bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması mümkün olmuşdur.
Ümummilli liderimiz 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilənədək ölkəmiz inkişaf baxımından keçmiş ittifaq respublikaları arasında ən aşağı yerlərdə dayanırdı. Heydər Əliyev rəhbərliyə gəldikdən sonra ölkənin bütün sahələrində irimiqyaslı tədbirlər həyata keçirdi, nəticədə Azərbaycan qısa müddətdə SSRİ-nin ən aparıcı respublikalarından birinə çevrildi.
Dahi Heydər Əliyevin həmin dövrdə Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının yüksəldilməsi, güclü zabit korpusunun yaradılması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması kimi uzaqgörən addımları gələcəyə hesablanmışdı.
Azərbaycanda 70-ci illərin əvvəlində sənaye və kənd təsərrüfatının inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün hazırlanan çox ciddi və nəticəsi böyük olan proqramların reallaşdırılması, respublikanın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə prinsipial danışıqlar aparan Ulu Öndər öz uzaqgörənliyi, müdrikliyi, qətiyyəti sayəsində dinamik inkişaf proqramlarının həyata keçirilməsinə nail olmuşdu.
1970-1982-ci illərdə respublikada yüzlərlə yeni zavod, fabrik, neftayırma, metallurgiya müəssisələri, nəhəng istehsalat obyektləri inşa edilmiş, respublikanın hər yerində genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılmışdır.
Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, dövləti idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri arasında birinci Heydər Əliyevin adı çəkilirdi. SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər SSRİ-nin dövlət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər hakimiyyətdə faciələr baş verməyəcəkdi. Çünki bu dahi şəxsiyyətin nüfuzu, gücü və SSRİ xalqlarının ona olan məhəbbəti hamıya məlum idi.
Heydər Əliyevin böyük nüfuzu Mərkəzi Komitənin Baş Katibi Mixail Qorbaçovu qorxuya salmışdı. Məhz Heydər Əliyev Mixail Qarboçova öz çirkin planlarını həyata keçirməyə mane olurdu. Heydər Əliyev Mixail Qorbaçovun haqsız, qərəzli təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı siyasəti kəskin şəkildə tənqid edir, Qarabağda yaranan problemin qarşısının alınmasını qabaqcadan xəbərdarlıq edirdi.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyev SSRİ rəhbərliyində ikən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkünlüyünü başa düşən məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular.
Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı, azərbaycanlılar öz əzəli torpaqlarından, Qarabağdan, öz yurd-yuvalarından məcburi qovuldular.

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində yüzlərlə soydaşımız gülləboran edildi, Şəhidlər xiyabanı yarandı. Bu faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi oldu. Heydər Əliyev hadisənin ertəsi günü heç bir təzyiq və təhdidlərə məhəl qoymadan Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında Azərbaycan xalqına qarşı törədilən bu cinayəti, qanlı təcavüzü və vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya cəsarətlə, qorxmadan bəyan etdi.
Haqqın və ədalətin bərpası üçün isə Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəyə, dövlətçiliyi idarə etməyə çağırdı. Bu təkidli çağırışların arxasında xalqın Heydər Əliyevə sonsuz etimadı, məhəbbəti və sarsılmaz inamı dayanırdı.
Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qaldığı, ölkədə qardaş qırğının yarandığı bir dövrə təsadüf edirdi.

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB


Müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları, daxili çəkişmələr, xarici təzyiqlər ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, hakimiyyət böhranına səbəb olmuşdu. Cinayətkarlıq baş alıb gedir, ictimai-siyasi proseslərə nəzarət olunmurdu. Fürsətdən istifadə edən Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, ölkədə iqtisadiyyat iflasa uğramış, daxildə silahlı qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri onun yeganə xilaskarı Heydər Əliyev idi.
1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində ölkədə taleyüklü problemlərin hamısını həll etdi: Atəşkəsə nail oldu, müstəqilliyin qarantı olan ordu quruculuğu işlərinə başladı, dövlət çevrilişinə cəhdlərin qarşısını qətiyyətlə aldı, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, ictimai-siyasi və iqtisadi həyatımızdakı proseslərin ağır nəticələrini aradan qaldırdı, xarici siyasəti milli maraqlara uyğunlaşdırdı; ilk milli Konstitusiyamız qəbul olunaraq hüquqi dövlət bazası yarandı, demokratik qaydada prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, Azərbaycan Respublikasının ilk milli Konstitusiyası əsasında seçilmiş ilk Prezidenti Heydər Əliyev Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvinin, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, çoxpartiyalı sistemin təminatçısı oldu.
Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə ölkəmizin neft strategiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Heydər Əliyev qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətləri ilə etibarlı iqtisadi tərəfdaş etməklə yanaşı, Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi, nüfuzlu beynəlxalq təşkilatlarla dostluq əlaqələri yaratdı.
Ulu Öndərin qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, onu yeniləşdirərək dinamik inkişaf mərhələsinə yönəltdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşaraq sahibkarlıq fəaliyyəti yarandı.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasının davamını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. Ulu Öndərin müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha da təsdiqlədi. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq ideyaları, siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin ən layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən böhranlar nəzərə alınmaqla, yeni ideyalarla zənginləşdirilərək və böyük bacarıqla bu gün uğurla davam etdirilir.
Möhtərəm Prezident cənab İlham Əliyev Ulu Öndərin ideyalarını rəhbər tutaraq Azərbaycan iqtisadiyyatını dəfələrlə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, çoxşaxəli iqtisadiyyata malik, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmişdir. Ölkəmizin işıqlı gələcəyi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, Azərbaycan bu gün beynəlxalq aləmdə artıq ən nüfuzlu dövlətlər sırasındadır. Dünya dövlətləri birliyində mövqeyimiz durmadan möhkəmlənir, xalqımızın öz sözünü demək, haqq səsini ucaltmaq, taleyüklü problemlərini dünya ictimaiyyətinə birbaşa çatdırmaq imkanı getdikcə artır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üçün ölkə rəhbərliyinin tutduğu mövqe, yürütdüyü siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar Ulu Öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir.
Birmənalı olaraq deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən uzaqgörən uğurlu siyasət ölkədə ictimai-siyasi, iqtisadi
sabitliyi, dövlətimizə möhkəm inamı təmin etməklə yanaşı, daim xalqımızın maraqlarına xidmət göstərir.
Biz daşkəsənlilər yaxşı bilirik ki, dünya şöhrətli siyasətçi, xalqımızın xilaskarı, Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev Vətənimizə bağlı olmuş, öz cəsarəti, dərin zəkası, müdrikliyi, milli vətənpərvərliyi, azərbaycançılıq ideyası ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımıza qurban verməyə hazır olduğunu ömrü boyu sübut etmişdir.
Bugünkü müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsərdir.
Bu gün biz daşkəsənlilərin bura toplaşmağı da bütün ömrünü xalqının xoşbəxtliyinə, azərbaycançılıq ideyalarına həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə göstərdiyimiz çox dərin hörmət və böyük ehtiramın bir daha da sübut edən ifadəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin ideyaları qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah Ulu Öndərimizə rəhmət eləsin, əziz Ruhu şad olsun!
Allah möhtərəm Prezidentimiz İlham Əliyevi qorusun, möhtərəm Prezidentimiz də Azərbaycan xalqını!

Elmar VÜQARLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41

  • 
  • Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident İlham Əliyev və ailə üzvləri ümummilli ...

    12-12-2016, 11:03

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

    Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü ...

    19-01-2017, 16:20

  • 
  • Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

    Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər ...

    10-05-2017, 15:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu