GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Tarix: 19-01-2017, 16:20 Bölmə :Dünya Baxış: 1 418
Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

20 Yanvar faciəsinin 27-ci ildönümü bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad edilmişdir. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanmış, yanvar ayının 6-dan 20-dək silsilə tədbirlərlə bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram əlaməti olaraq qeyd edilir.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilmiş, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, kitab sərgiləri hazırlanmış, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunmuş, konfranslarda 20 Yanvar faciəsinə həsr edilmiş məruzələr oxunmuş, bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 19 yanvar 2017-ci il tarixdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 3500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. 20 Yanvar faciəsinin 27-ci ildönümünə daşkəsənlilər ciddi hazırlıqla gəlmişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanmışdır.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Anım tədbirində iştirak edən rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunmuş, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyulmuşdur.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Ümumrayon tədbiri sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilmişdir.

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

Sonra tədbir iştirakçıları zalda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:

– Hörmətli daşkəsənlilər! Əziz toplantı iştirakçıları! Bacı və qardaşlarım!

1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciəli hadisələri xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir.

Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır. Bu qanlı hadisəni yaddan çıxartmaq və bağışlamaq mümkün deyil.

Bu həmin dövr idi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, təcavüzkar hərəkətlərə başlayır, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov isə onlara havadarlıq edirdi. Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Qeyd etməliyik ki, sovet ordusunun və erməni quldurlarının hərbi təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış və şikəst, əlil olmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında bildirmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

1991-ci ilin martında isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək bu hadisəni İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi qiymətləndirdi. O, qatillərin aşkarlanması məsələsini yenidən qaldırdı, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.

Qanlı Yanvar faciəsi ilə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, bu müraciətində SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri 10 illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi.

Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev daha sonra çıxışında vurğuladı ki, Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. O, bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ümummilli lider bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir.

Biz bu qanlı faciənin ildönümü ərəfəsində həmrəyliyimizi, azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Ona görə ki, Azərbaycan müstəqil və azaddır. Biz inanırıq ki, 20 Yanvar şəhidlərinin ruhu bu gün Qarabağın üzərində, işğal olunmuş ərazilərimizdə narahatdır. 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin and yeri olan üçrəngli bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndində, Qubadlıda, Xocalıda və digər işğal olunmuş ərazilərimizdə dalğalanacağına əminik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o uğurlu qələbə günü çox da uzaqda deyil.

Ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aparmış olduğu doğru-düzgün uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qanlı Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş ümumrayon tədbirində, öz çıxışının sonunda bir daha xalqımıza və dövlətimizə qarşı belə faciə, terror aktının olmamasını və yeni Şəhidlər xiyabanlarının yaranmamasını arzulamış və əminliklə bildirmişdir ki, bu cür qanlı hadisələr heç vaxt olmayacaq və ölkəmizdə sülh, əmin-amanlıq, davamlı iqtisadi inkişaf yüksələn xətlə davam edəcək, əhalinin rifah halı daha da yaxşılaşacaqdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləmişdir.

Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilmişdir.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

    Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii ...

    17-01-2014, 11:06

  • 
  • 20 Yanvar faciəsi ilə bağlı sərəncam imzalandı

    20 Yanvar faciəsi ilə bağlı sərəncam imzalandı ...

    3-01-2014, 00:42

  • 
  • Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi anılmışdır

    Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi ...

    20-01-2014, 14:20

  • 
  • Gediş-gəliş pulsuz olacaq

    Gediş-gəliş pulsuz olacaq ...

    16-01-2015, 11:34

  • 
  • ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

    ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ...

    4-02-2016, 22:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu