GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?

FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?

Tarix: 15-12-2017, 13:05 Bölmə :Cəmiyyət Baxış: 362
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?


Ziya Şahin 10 il Azərbaycanda yaşayan türkiyəli iş adamıdır. Azərbaycanı çox sevən və onu dünyada tanıtmaq üçün xeyli iş görən Ziya Şahin buna rəğmən, ölkədən FETÖ şəbəkəsinin qurduğu tələ əsasında deportasiya olunduğunu bildirir.

gundemxeber.az türkiyəli iş adamı Ziya Şahin ilə müsahibəni təqdim edir:
- 10 il Azərbaycanda yaşamısınız və bildiyimiz qədər, bizim ölkəni çox sevirsiniz. Özünüzü necə təqdim edərdiniz?
- 1958-ci ildə Türkiyənin Malatya şəhərində anadan olmuşam, 18 yaşımda İstanbula gəlmişəm. Şirkətlər qurub, polad ticarəti ilə məşğul olmuşam. Daha sonra öz istəyimlə buradakı ticarətimə son verib, 2004-2014-cü illərdə Azərbaycanda yaşamışam. 17-25 dekabr 2013-cü ildəki hadisələr zamanı FETÖ nümayəndələri ilə münaqişələrimdən sonra onların vasitəsi ilə Türkiyəyə deportasiya edilmişəm.
- Azərbaycanda hansı yönlərdə fəaliyyət göstərmisiniz?
- 50 il əvvəl, 10 yaşımda olarkən cızıltılı səslər arasında Bakı radiosuna xüsusən Zeynəb Xanlarovaya qulaq asardım və bundan çox məmnun olardım. Nədənsə o zamandan bəri Azərbaycan sevgisiylə yaşamağa başlamışam. 2004-cü ildə naxçıvanlı dostlarımla Azərbaycana 3 günlük səyahət etdim. Ölkənizdən çox xoşum gəldi və bu 3 gün 10 il oldu. Azərbaycanda önəmli iş adamı hesab olunurdum. Pul qazanmaq adamlığı ilə iş adamlığı fərqli anlayışlardır. Mənə görə, əsl iş adamı Nuru Paşa və əsgərləri idi. Eynilə Qarabağ savaşı üçün Türkiyədən qaçıb gələn, qardaşlarına kömək edən, şəhid və qazi olanlar çox önəmli iş adamlarıdır.
Azərbaycan deyiləndə insanların ağlına ancaq neft, pul qazanmaq gəlir, amma bu, doğru deyil. Azərbaycan deyəndə mənim ağlıma ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz gəlir. Bu qədər ortaq dəyərimiz olan ölkəyə sadəcə pul qazanılacaq yer kimi baxmaq son dərəcə yanlışdır. Belə bir ölkə üçün lazım olanda can verməyə belə getməliyik. Mən də Azərbaycanda olduğum, yaşadığım 10 il boyunca yalnız Azərbaycanın xeyirinə işlər gördüm. Yəni xeyirli işlər görən iş adamlığı etdim.
- Azərbaycanın xeyrinə hansı işlər görmüsünüz?
- Çox iş gördüm. Rəhmətlik Bəxtiyar Vahabzadə gördüyüm işləri öyrəndi, sevindi və mənə öz evində böyük təşəkkür etdi.
2006-cı ildə Azərbaycanı tanıdan ilk saytlardan birini hazırladım. “Ziyasahin.com” adı ilə yaratdığım saytın yalnız adı mənə aiddir, qalan hissəsi Azərbaycandır. Elə həmin il məşhur aktyor Səyavuş Aslanın oğlu Eldar Aslanla bərabər tam 4 ay işlədik. Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusifi Bakıya konsertə gətirdik. Bütün televiziyalar, qəzetlər, radiolar günlərlə bu konsertdən bəhs etdi. Hətta rəhmətlik Səyavuş Aslan o zaman buna görə çox sevindi və mənə gözəl bir hədiyyə belə almaq istədi, amma qəbul etmədim. Bunu Allah üçün etdiyimi və bunu hədiyyəsi olmaması gərəkdiyini söylədim. Səyavuş Aslan çox gözəl adam idi.
İrəvanda fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin filiallarını qapada bildim. Türkiyə Mədəniyyət naziri Atilla Qoç Bakıya gələndə keçirilən iclasların birində ona sual verdim ki, Türkiyə şirkətlərinin İrəvanda nümayəndəliklər açması başqa iş adamlarına pis örnək deyilmi? Nazir bu sualdan sonra çaşıb qaldı. Cavabında dedi, bilmirəm, Ankaraya dönən kimi incələyəcəyəm. Bundan sonra jurnalistlər mənə yaxınlaşıb, bunun nə məsələ olduğunu sordular və ətraflı məlumat yaydılar. Daha sonra İrəvanda filiallar açan şirkət rəhbəri mənə zəng etdi və filialları bağladığını dedilər.
Bundan başqa, Bakıda türkiyəli məşhur şirkət rəhbəri olan dostumla Kanal 7-də jurnalist işləyən dostum Seyfullah Türksoyu tanış elədim. Seyfullah Türksoy bir zamanlar Heydər Əliyevdən müsahibə almış jurnalistlərdən biridir. Şirkət rəhbəri dostumun sponsorluğu ilə Şamaxı, Lahıc, İsmayıllı, Saatlıda Azərbaycanın tanıtımı ilə bağlı proqram çəkildi və bunlar Türkiyənin 4 televiziyasında yayımlandı. Bununla bərabər bir çox xəstə insanlara yardım edib, onları Trabzon və İstanbula müalicəyə göndərdim. Türkiyənin ən çox oxunan qəzetində Azərbaycanın xeyrinə yazılar yazdım. Nuru Paşanın əsgərlərindən birinin nəvəsi olan Mehdi Osmanovu tapdım və onunla yerli jurnallardan biri üçün müsahibə etdim. İTV ilə TRT arasındakı ortaq yayım fikri də mənimdir. Bunlara bənzər çox işlər gördüm. Yəni FETÖ-çuların məni deportasiya etdirmələri üçün bu şəkildə çox “günah” sahibi oldum.
Azərbaycanda çox gözəl illərim İsmayıllıda keçib. Qəbələyə gedən yolun üstündə Culyan Altı qəbiristanlığı var. İsmayıllıda ağsaqqalların dediyinə görə, burada Nuru Paşanın əsgərləri yatır. Bəzi iddialara görə isə bura yalnız kənd qəbiristanlığıdır. Ərəbcə yazıları olan qəbir daşlarının üzərində heyvanlar gəzirdilər. Bu məni narahat etdiyinə görə İcra Hakimiyyətinə getdim və onun ətrafının çəpərlənməsi, təmiri üçün izn istədim, amma nədənsə izn vermədilər. Bundan bir il sonra başqa türkiyəli iş adamı zəng edib, qəbiristanlığı təmir etmək istədiyini dedi, ona olanları anlatdım.
Hətta bir dəfə İsmayıllının mərkəzində yerləşən məscidin birinin ayaqyolusunun pis vəziyyətdə olduğunu gördüm. Buraya ustalar gətirib, hər şeyini düzəltmək istədim, amma o vaxtkı axund Yusif əsəbiləşdi, məni məmur olmaqda ittiham etdi. Mən də fikrimdən əl çəkdim. Belə gözləmədiyim münasibət də olub...
- FETÖ niyə məhz sizi hədəf seçdi?
- FETÖ-nun nümayəndələri çox təhlükəli və əsəbidirlər. Hər zaman özlərini gizlədərək çalışırlar. Azərbaycana gəldiyim gündən 2013-cü ilin 17-25 dekabr hadisələrinə qədər olan dövr ərzində bunlarla heç bir problem yaşamamışam. Bu tarixdən sonra xüsusilə sosial mediada Türkiyə hökumətinə, Ədalət və İnkişaf Partiyasına, Ərdoğana açıq şəkildə həqarətlər etməyə başladılar. İlk davamız “Zaman Azərbaycan”ın başında olan Enes Cansevərlə (İndi Avstraliyadakı “Zaman”ın rəhbəridir – red.) başladı. Bundan sonra FETÖ-nun qalalarından biri olan TUSİAB-ın (Türkiyə Sənayeçi və İş Adamları Birliyi) baş direktoru Kənan Sağlıklı ilə davam etdi. İrəvanda şirkət bağlatdığım üçün “Rotahaber.com” saytının sahibi olan məşhur FETÖ-çu jurnalist Ünal Tanık (indi həbsdədir) mənə zəng edib münaqişəyə girdi. Ona görə ki, İrəvanda filial açan şirkətlərə yardım edənlərdən biri də bu idi. Əsasən, Türkiyədəki FETÖ-çularla mübarizəyə girdim, onlara əngəllər yaratdım. Təbii ki, bunlar da məni düşmən elan edib, deportasiya olunmağım üçün şərait yaratdılar.
FETÖ-nun mənə vurduğu maddi zərər önəmli deyil. İsmayıllı rayonunda evim, bağçam, avtomobilim, dostlarım, 27 günlüyündən bəri bəslədiyim, indi 15 yaşında olan itim qaldı. Mənən çox təəssüfləndim. Bunların bu qədər xain olduğu heç ağlıma da gəlməzdi. Əlbəttə, bunların hardan qaynaqlandığını bildiyim üçün Azərbaycandan küsməmişəm, mən indi də İstanbulda Azərbaycanla bağlı toplantılara qatılıram, qardaşlarımızla görüşürəm.
- Bəs Azərbaycan hökumətindən yardım istəmədinizmi?
- Azərbaycan hökumətindən yardım istəmədim. Bu məsələdə mənə görə tək məsul olan şəxs illədir yaşadığım İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovdur. O, rayonun təhlükəsizliyi və problemlərinə görə məsuliyyət daşıdığı kimi, rayonda yaşayan qonağın məruz qaldığı haqsızlıqlara görə də cavabdehdir. Mirdamət Sadıqov gərək bu məsələni yoluna qoysun.
- Amma budan ötrü sizin müraciətiniz lazımdır....
- Mən İstanbuldakı yaşayışımı, evimi, dostlarımı, qohumlarımı tərk edib, Azərbaycanda bir rayonda 10 il bu ölkənin xeyrinə iş görən biri olaraq bu deportasiyanı əsla haqq etmədim. Məsul olan şəxslərdən xahişim odur ki, deportasiyam ortadan qaldırılsın. Gəlib evimi, bağımı satıb, əşyalarımı götürə bilim. Mən 10 il Azərbaycanda yaşamış biri olaraq, əgər vergidən yayınmışamsa və ya hansısa başqa bir cinayət işləmişəmsə, məni cəzalandırsınlar. Mən özümə əminəm, Azərbaycanı sevdim, Azərbaycanın adına ləkə olan heç bir yanlış iş görmədim, əksinə, bacardıqca dəstək oldum və oluram. /axar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FETÖ-çü olduğu üçün serialdan uzaqlaşdırıldı - fotolar

    FETÖ-çü olduğu üçün serialdan uzaqlaşdırıldı - ...

    16-01-2017, 02:12

  • 
  • Nəqliyyat Naziliyində FETÖ şəbəkəsi

    Nəqliyyat Naziliyində FETÖ şəbəkəsi ...

    19-12-2016, 00:39

  • 
  • Azərbaycanda anadan olmuş qadını Ermənistana deportasiya etdilər

    Azərbaycanda anadan olmuş qadını Ermənistana ...

    15-08-2017, 13:56

  • 
  • Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib (FOTO)

    Azərbaycan daha bir türkiyəli iş adamını ...

    2-09-2013, 12:22

  • 
  • Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda "qaçdı"

    Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda ...

    28-06-2017, 23:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu