FETÖ terrör şəbəkəsinin əsas simalarından biri olan Faruk Bayandırın Türkiyədən necə çıxarıldığına aydınlıq gətirilib.
FETÖ-nun 15 iyul çevriliş planında yer almış Faruk Bayandır ölkəni tərk etdiyi təyyarəyə xüsusi tabutda “mindirilib”.
İstanbul-Ərbil reysi ilə uçan təyyarə havaya qalxdıqdan sonra Bayandır qruplaşma üzvlərinin köməyilə tabutdan çıxarılıb və salonda əyləşdirilib. Araşdırma zamanı onun ölümünü təsdiqləyən sənədlərin saxta olduğu müəyyənləşib.
Qeyd olunur ki, Bayandır Ərbildən ABŞ-a uçub və indiyə qədər də Mayami şəhərində gizlənir. Bayandırı Türkiyədən çıxaran təyyarənin FETÖ lideri Fətullah Gülənin şirkətlər qrupuna məxsus “Tarkim” aviaşirkətinə məxsus olduğu üzə çıxıb.
Faruk Bayandırın qaçış planı isə “Tarkim”in əməkdaşlarının dindirilməsindən sonra məlum olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?