Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun biznes fəaliyyətini dondurduğu barədə xəbər yayılıb. Məhz buna görə biznesini qurduğu Türkiyəni tərk etdiyi deyilir. Daxil olan məlumata görə Surət Hüseynov biznes işini davam etdirir.
"Surət Hüseynovun Azərbaycandan birdəfəlik köçməsi xəbərləri doğru deyil. Onun Azərbaycana qayıtmasına hər hansı bir qadağa, məhdudiyyət yoxdur. Ailəsi Azərbaycanda yaşayır. O, sadəcə biznes işlərinə görə ölkədən kənardadır. Rəsmi saytında biznes fəaliyyəti barədə geniş məlumat var. Hazırda səfərdədir. Əsasən enerji və maliyyə biznesi ilə məşğuldur”- deyə S. Hüseynova yaxın mənbə bildirib. 2018-ci il prezident seçkiləri barədə sabiq baş nazirin fikirlərinə gəlincə, mənbə bunları deyib. "Surət Hüseynov azərbaycanlı olaraq öz vətənini xaricdən izləyir. Onun yerinə cavab verə bilmərəm. Amma söhbətlərimizdə siyasi iddialı adama oxşamır. Eyni zamanda, hər hansı siyasi qüvvəyə dəstəkdən söz gedə bilməz. Həm iqtidar, həm də müxalifət məsələsi aydındır. Sadəcə, ürəyi xalqı ilə döyünür, siyasətlə yox. Qeyd edək ki, Surət Hüseynov 1993-1994-cü illərdə Azərbaycanın baş naziri olub. 1994-cü ildə dövlət çevrilişinə cəhddə ittiham olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildəRusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?