Dekabrın 25-də prezident İlham Əliyev “Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncam imzalayıb.
President.az saytı xəbər verir ki, sərəncama əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.
Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.
Hazırda minimum aylıq əməkhaqqının məbləği 116 manatdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları təqribən 17 faizdən çox bahalaşıb.
Müstəqil ekspertlər isə inflyasiyanın daha yüksək olduğunu düşünür
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?