GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazirlikləri qohum-əqrəbası, yeznə-qaynı, baldızı, tanış-bilişi ilə dolduran MƏMURLAR - qadağan olunmasına baxmayaraq...

Nazirlikləri qohum-əqrəbası, yeznə-qaynı, baldızı, tanış-bilişi ilə dolduran MƏMURLAR - qadağan olunmasına baxmayaraq...

Tarix: 27-12-2017, 14:51 Bölmə :Cəmiyyət Baxış: 494
Nazirlikləri qohum-əqrəbası, yeznə-qaynı, baldızı, tanış-bilişi ilə dolduran MƏMURLAR - qadağan olunmasına baxmayaraq...



Dünyanın əksər yerində olduğu kimi, Azərbaycanda da yüksək vəzifəyə gedib çatmaq heç də asan deyil. Bunun enişli-yoxuşlu yolları, əzab-əziyyəti var. Təbii ki, söhbət kiminsə himayədarlığı sayəsində tez bir zamanda “yağlı kökə” tapanlardan getmir.Təəssüf ki, belələri az deyil və asan yolla vəzifə təyinatı alan bu şəxslər işə başlayan kimi çapıb-talamağa cəhd göstərirlər. Bir çox hallarda da buna nail olmağı bacarırlar. Onların bu əməlləri daha yüksək vəzifədəki “dayıları” işdən atılanda faş olur..

Bir sıra hallarda ölkə rəhbərliyinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi məmurlar dərhal “qohumbazlıq xəstəliyi”ni biruzə verir, tez bir zamanda nəzarətinə verilən qurumu öz qohum-əqrəbası, qardaşoğlu, bacıoğlu, yeznə-qayın, baldız, qohum-qonşu, tanış-bilişi ilə doldurur…
Yeyən kim, talayan kim, öz maraqları naminə pul silən kim… Maraqlar toqquşduğundan hamı bir-birinin səhvini bir növ malalamaqla məşğul olur. Rəhbər şəxs vəzifə ilə sağollaşan kimi isə payızın sarı yarpaqları kimi tökülməyə başlayırlar. Lap elə bu günlərdə 17 illik “taxt-tacı”ndan edilən eks-vergilər naziri Fazil Məmmədov kimi…

F.Məmmədov sabiqlər sırasına qatılandan sonra məlum oldu ki, sən demə bacısının əri onun tabeliyində olan nazirlikdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyirmiş. Qaynı postundan uzaqlaşan kimi isə Namiq Quliyev ərizə yazaraq işdən ayrılıb… Amma bu, yalnız faktlardan biridir…

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir.

Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də Modern.az-a deyib ki, yaxın qohumların eyni qurumlarda, tabeli münasibətlərdə çalışması yolverilməzdir:
“Bu maraqlar toqquşmasına, korrupsiya faktlarının artmasına, etik davranış qaydalarının pozulmasına gətirib çıxarır. İstər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq qanunvericilikdə qohumların eyni müəssisələrdə, tabeli münasibətlərdə işləməsinə icazə verilmir. Eyni zamanda, bir-birinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirilməsi maraqlar toqquşması şəraiti hesab olunur. Çox təəssüf ki, bizdə ayrı-ayrı nazirliklərdə tabeli münasibətlərdə qohumlar çalışır.Hətta nazirliyin mərkəzi Aparatı ilə yerlərdəki strukturlarında çalışan, birbaşa həmin qurumların vəzifəli şəxslərinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirən şəxslərin bir-birilə qohumluq əlaqələrinin olması barədə faktlar var. Bunlar tez-tez rast gəlinən hallardır. Təəssüf ki, bir sıra hallarda “Korrupsiya qarşı mübarizə haqqında” Qanunun, eyni zamanda “Dövət qulluğu haqqında” Qanunun tələblərinin pozulmasının şahidi oluruq”.

Hüquqşünas belə faktların mövcudluğunun sirr olmadığını bildirib:

“Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”.

Qeyd edək ki, bu məfhum adını latınca “bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.

Ə.Nuriyevin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması qadağan olunmasına baxmayaraq, tətbiqi mexanizmləri yoxdur:

“Hətta bu məsələlərə görə məsuliyyəti müəyyənləşdirən normalar da yoxdur. Bu sahədə qanunda boşluqlar var. Əlbəttə ki, bu, seçkili orqanlara şamil olunmur. O şəxslər ki, konstitusion institutların təşkilindədir, onların qohumları ilə birlikdə çalışmaları qadağan olunmur.

Problemin aradan qaldırılması üçün maneələrdən biri də vəzifəli şəxslərin maraqlarını toqquşmasının qarşısının alınması haqqında qanunun olmamasıdır. Bu da müəyyən dərəcədə problemi həll edə bilər”./dia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada yeznə qaynı bıçaqladı

    Qubada yeznə qaynı bıçaqladı ...

    18-07-2013, 09:06

  • 
  • Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır - FAKTLAR

    Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır ...

    4-08-2015, 11:48

  • 
  • Yeznə baldızın sevgi dramı

    Yeznə baldızın sevgi dramı ...

    19-07-2014, 15:14

  • 
  • Ermənilərlə qohum olan məmurlar təşviş içində

    Ermənilərlə qohum olan məmurlar təşviş içində ...

    12-02-2013, 11:07

  • 
  • Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək vəzifəyə təyinat aldı

    Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək ...

    31-07-2013, 15:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu