GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vicdansızlığın son həddi-uşağını satmaq istəyən ailə yoxa çıxdı

Vicdansızlığın son həddi-uşağını satmaq istəyən ailə yoxa çıxdı

Tarix: 29-12-2017, 12:08 Bölmə :Cəmiyyət Baxış: 1 237
Vicdansızlığın son həddi-uşağını satmaq istəyən ailə yoxa çıxdı


Faktla bağlı cinayət işi başlanılıb; vicdansız atanı 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir

Dekabrın 28-də elan saytlarının birində atanın 40 günlük körpəsini satması ilə bağlı elan yerləşdirilmişdi. Orxan adlı şəxs elanda uşağın şəklini paylaşaraq 40 günlük tam sağlam oğlan uşağı olduğunu və 10 min manata razılaşma yolu ilə sata biləcəyini qeyd edib. Elan saytda olan vaxt əməkdaşımız Orxan adlı şəxslə əlaqə saxlayıb, şərti alıcı qismində danışaraq uşağı ala biləcəyini deyib. Orxan adlı vicdansız ata isə görüşərək razılığa gələ biləcəklərini bildirib. O, uşağın Respublika Klinik Xəstəxanasında doğulduğunu və hələ də orada qeydiyyatda olduğunu bildirib. Orxan adlı şəxs əməkdaşımıza xəstəxanaya gedərək uşağı onun adına keçirə biləcəyini də vurğulayıb.

Bu məsələ ictimailəşdirildikdən az sonra həmin elan saytdan yığışdırılıb. Buna səbəb isə Orxan adlı şəxsin uşağını satmaq fikrindən daşınması olub. Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş: “Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi”.

Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib: “Bir dostum var, tez gəldi, mənə sillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam”.

Övladını satışa çıxaran Orxan əlavə edib ki, həmin dostu ona avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq: “Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım”.

Qeyd edək ki, vicdansız ata uşağı satmaqdan vaz keçdiyini desə də, bu inandırıcı görünmür və həmin şəxsin hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasının mütləqliyi vurğulanır. Uşağının anasının isə ümumiyyətlə adı çəkilmir. Ananın da bu işdə əli varmı, bir ana necə ola bilər ki, öz övladının satışına icazə versin? Bu kimi cavabsız qalan çox suallar var.

Əgər bir valideyn uşağa baxa bilmirsə, onu satmaq yerinə uşaq evinə verə bilər. Yaxud da insanlardan övladına baxması üçün iş, yardım istəyə bilərdi. Uşağının sağlam olduğunu vurğulayaraq satışa çıxarmasının arxasında başqa niyyətin durduğu ortadadır.

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, cinayət məsuliyyətinin ağırlığına görə həmin adamı 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir: “Bunun adı insan alveridir. İstər övladın olsun, istər kənar şəxs olsun, bu, işin mahiyyətinə təsir etmir. Xüsusilə uşağın körpə olduğunu nəzərə alsaq, şəxs uşağın köməksizliyindən istifadə edilərək satışa çıxarırsa, bu, insan alveri kimi qiymətləndirilməlidir. Əgər bu şəxs sayta uşağı satmağı ilə bağlı elan veribsə, mütləq hüquq-mühafizə orqanları buna reaksiya verməlidir. İnsan alveri deyəndə insanı yalnız istismar etməklə məhdudlaşmır. Belə bir vəziyyətdə olan, yəni anlaqsız, öz hüquqlarını müdafiə edə bilməyən insandan istifadə edilirsə, fikrimcə, bu, insan alveri kimi qiymətləndirilməlidir. Bu məsələ istintaq edilməli və istintaq zamanı məlum olmalıdır ki, şəxs hansı məqsədlərlə uşağını satışa çıxarıb. Cinayət Məcəlləsinin 144-1.1 maddəsi var. Burada da birbaşa göstərilir ki, insan alverinin kriteriyaları çoxdur. Onlardan biri də zəiflik vəziyyətindən istifadə etməklə insanı satmasıdır”.

Hüquqşünas burada hadisənin motivinin də mühüm rol oynadığını dedi: “Ola bilsin onun motivi doğrudan da uşağı satmaq, pul qazanmaqdır. Ancaq ola bilsin ki, onun motivi bu deyil, yəni cinayət tərkibli deyil. Motiv yoxdursa, demək ki, cinayət tərkibi də yoxdur. Ola bilsin ki, onun istəyi yalnız düşdüyü vəziyyəti, imkansızlığını haray çəkib bu yolla çatdırmaqdır ki, bəlkə kimsə kömək etdi. Uşaq satıram adı ilə vəziyyətinə diqqət çəkməkdir. Cinayət məsuliyyətinin yaranması üçün motiv əsasdır. Mən inanmıram ki, hansısa ata öz uşağını satışa çıxarsın. Burada da ola bilsin ki, şəxs öz vəziyyətinə diqqət, kömək tələb edir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini dedi: “Axırıncı dəfə belə bir hadisə bir neçə il öncə Qubada olmuşdu. Biz dərhal buna reaksiya verdik və gedib yerində Quba rayonunun polis şöbəsinin əməliyyat qrupu tərəfindən böyük bir tədbir keçirildi və bu faktın qarşısı alındı. Buna da çox həssas yanaşmaq lazımdır. ”Uşağımı satıram" deyən adamın çox güman ki, ciddi zərərli vərdişləri var. Həmin şəxs cəzalandırılmalı və uşaq o ailədən alınmalıdır".

Uşağı dünyaya gəldiyi və hələ də qeydiyyatının orada olduğu deyilən xəstəxana, Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlayıb doğrudanmı uşağın orada dünyaya gəldiyini, anasının kim olduğunu, xəstəxanada uşağı kiminsə adına keçirməyin mümkün olub-olmadığını öyrənmək üçün xəstəxana ilə əlaqə saxladıq. Bizi baş həkimə yönləndirsələr də, telefonumuza cavab verən olmadı.

Fakta görə artıq Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları dünən səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.

Dünən müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb./lent.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda şok hadisə: körpə uşağını saytda satışa çıxardı - AUDİO+FOTO

    Azərbaycanda şok hadisə: körpə uşağını saytda ...

    27-12-2017, 21:55

  • 
  • İki aylıq uşaq internetlə satışa çıxarıldı

    İki aylıq uşaq internetlə satışa çıxarıldı ...

    6-08-2013, 12:03

  • 
  • Orxan Zeynalov Azərbaycana verilir

    Orxan Zeynalov Azərbaycana verilir ...

    28-09-2015, 17:06

  • 
  • Qabırğası sındırılan Orxan Zeynalov tibbi müayinə tələb edir

    Qabırğası sındırılan Orxan Zeynalov tibbi müayinə ...

    6-11-2013, 17:28

  • 
  • Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - Qəbristanlığa apardı və...

    Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - ...

    30-10-2017, 21:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu