“Azərbaycan Hava Yolları” – AZAL dövlət şirkəti öz reyslərinə qeydiyyat qaydalarının sərtləşdirildiyini bildirib. Belə ki, 2018-ci il yanvarın 15-dən bütün aeroportlarda AZAL-ın reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış yekunlaşacaq. Hazırda bu müddət 40 dəqiqədir.
Şirkətin məlumatında deyilir ki, eyni zamanda qeydiyyat hazırda olduğu kimi uçuşdan iki saat öncə deyil, üç saat öncə başlayacaq.
Şirkət sərnişinləri qeydiyyatdan keçmək üçün hava limanlarına tez gəlməyə və onlayn qeydiyyat xidmətindən istifadə etməyə, yükü isə "Baggage Drop-off"a təhvil verməyə çağırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?