Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Natiq Kazımov və Binəqədi şöbəsinin üzvü Rəşid Fərəclinin yanvarın 4-də polisə çağrılıb. Bu barədə AXCP-nin məlumatında deyilir.
Məlumatda deyilir ki, N.Kazımov Binəqədi Rayon Polis İdarəsinə, R.Fərəcli isə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.
Partiyadan bildirildiyinə görə, N.Kazımov yaşadığı Qobu qəsəbəsi ərazisində olan qaz probleminə görə sakinlərə qaz idarəsinə şikayətə getməyi təklif edib. Onun bu üzdən polisə dəvət edildiyi bildirilir.
AXCP Binəqədi şöbəsinin üzvi R.Fərəclinin yaxın dostları isə onun sosial şəbəkələrdəki fəallığı üzündən Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığını deyirlər.
Gənclərin yanvarın 4-də polisdə dindirildikləri bildirilir.
Partiyadan onu da deyiblər ki, hər iki gənc bu gün, yanvarın 5-də yenə də polis idarəsinə dəvət edilib.
AXCP-nin məlumatına hələ polis orqanları münasibət bildirməyib./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?