AXCP Lənkəran şöbəsinin gənc fəalı Şahin Ağayevin saxlanıldığı bildirilir. Lənkəran cəbhəçilərinin Avropa.info-ya bildirdiyinə görə, Şahin Ağayev evindən Lənkəran polis şöbəsinə aparılıb. Hələlik saxlanmanın səbəbləri bəlli deyil. Xatırladaq ki, dünən Müsavat başqanının Lənkəran üzrə müşaviri Yadigar Sadıqov da həbs olunub. O Qarabağ əlilini döyməkdə ittiham olunur. Y.Sadıqov ittihamın uydurma olduğunu və haqqında danışılan Qarabağ əlilini heç vaxt görmədiyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?