İranda 28 dekabrdan bəri davam edən etiraz aksiyaları yenidən alovlanıb.
gundemxeber.az-un əldə etdiyi məlumata görə, dünən Tehran höküməti aksiyaların sona çatdığını desə də, insanlar gecə saatlarında küçələrə axışıb. Sənandacda həyatını itirənlərin olduğu deyilir. Paytaxt Tehranda insanlar "Rədd olsun Xamenye, referendum ümidimizdir" şüarlarını səsləndiriblər. Şiraz, Dezful şəhərlərində polislə nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Luristan əyalətində dini lider Ayətullah Xamenye əleyhinə şüarlar səsləndirilib. Urmiya, Kirmanşah, Həmədanda da etiraz aksiyalarının keçirildiyi deyilir. Qeyd edək ki, dekabrın 28-də bahalıq, işsizlik və korrupsiya əleyhinə başlayan aksiyalar tezlikdə bütün ölkəyə yayılıb. BMT Təhlükəsizlik Şurası bu gün İrandakı vəziyyəti müzakirə edəcək
Sorğu
Yeni dizaynımız necədir?