GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Leyla Şıxlinskayanın işçiləri DANIŞDI: "Həkimlər 30 minə yaxın maaş alırdılar"

Leyla Şıxlinskayanın işçiləri DANIŞDI: "Həkimlər 30 minə yaxın maaş alırdılar"

Tarix: 6-01-2018, 15:53 Bölmə :Cəmiyyət Baxış: 432
Leyla Şıxlinskayanın işçiləri DANIŞDI: "Həkimlər 30 minə yaxın maaş alırdılar"


Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənlər ifadə veriblər.

Tərəflərin suallarını cavablandıran Şəhla Abbasova bildirib ki, işdən çıxandan sonra klinikada yoxlama tələb edib: "Biz işdən çıxmaq üçün ərizə yazdıq. Tələb etdik yoxlama aparılsın. Lakin Leyla xanım buna imkan vermədi. Bir müddət keçəndən sonra gördük ki, işimiz "Bandontel"dədir. İttihamda qeyd olunur ki, guya biz sənədləri məhv etmişik. Halbuki, biz sənədləri mansardda saxlayırdıq. Sonra gəlib bizə akt tərtib etdilər ki, oranı boşaldaq. Sənədlərin orda saxlanması təhlükəliydi. Leyla Şıxlınskaya sonra əmr verdi, biz də sənədləri ordan götürdük".

Şəhla Abbasova bildirib ki, 2011-də ilə yoxlama aparıblar: "Mən orda 6 aya yaxın idi çalışırdım. Leyla Şıxlınskaya yoxlama apardı. Hər şey qayda-qanunla olmuşdu. Bizdən çox razı idi".

Şəhla Abbasovanı sözlərinə görə, Leyla Şıxlınskaya gündə 5-10 dəfə ona zəng edirdi: "Özü ölkədə oldu-olmadı zəng edirdi. İşlərlə maraqlanırdı. Bizdən çox razı idi".

Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Polad Əliyev bildirib ki, Leyla xanım hər gün işləri yoxlayırdı: "Leyla xanım hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pulun olub-olmadığını soruşurdu. Kamerayla baxırdı. Baş tibb bacısına zəng edib palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bizə iş açılmazdan 6 ay qabaq yoxlama apardı. Bir qüsur çıxmadı. Əlavə pul verdi".

Polad Əliyev qeyd edib ki, klinikada baş mühasibin müavini vəzifəsində çalışıb: "Mənim işim siğorta şirkətləri iləydi. Əmək haqlarını, vergini hesablayırdım, balans edirdim. Sonradan bu cinayət işi başladı. Mənim adım orada çıxanda çox təəccübləndim. Özüm oradan bir qəpik də yeməmişəm. İttiham aktında baxıram ki, Leyla Şıxlınskaya bildirib ki, mənim 1 milyonumu qaytarmayıblar. İndi vəkili vasitəsi ilə deyirəm ki, biz onun 1 milyonunu yemişik ki, qaytaraq?".

Təqsirləndirilən şəxs bildirib ki, klinikada həkimlər 30 minə yaxın maaş alırdılar: "Həmin pullar qara hesabdan çıxarılıb verilirdi. Lakin rəsmi maaş az göstərildi. Bunların hamısı Leyla Şıxlınskayanın tapşırığı əsasında olub. Bizə də rəhbərlik tapşırıq verirdi. Yerinə yetirməliydik, çünki ordan çörək yeyirdik. Leyla Şıxlınskayanın qanunsuz əməllərinə görə işdən çıxdım. Bundan əvvəl də 2 dəfə ərizə yazmışdım, Leyla xanım ərizələrimi cırıb atırdı. Klinikada 6 ay dözə bildim. Sonra özün çıxdım. Bir müddət sonra da barəmdə cinayət işi başlandı".

Digər təqsdirləndirilən Səkinə Qasımovanın sözlərinə görə, qəbul olunan pulları Kaysa Nadejdaya təhvil verib: “Hamısını çekləri ilə qəbul edərək Nadejdaya vermişik. Biz heç vaxt Polad və Şəhla xanımla işləməmişik. Pullar ya Nadejdaya, ya da Günel Abbasovaya gedirdi. Onların heç biri də təqsirləndirilən şəxs deyil”.

Təqsirləndirilən Aytən Hüseynova qeyd edib ki, klinikanın qeydiyyat şöbəsində çalışıb, pulları Nadejdaya verib: “Rəsmi maaşım 125 manat idi. Lakin paket alırdıq. Onunla birlikdə 500 manat əmək haqqı alırdıq. Paketi də birbaşa Nadejdadan almışam. Bizim Şəhla xanımla işimiz yoxuydu. 2003-2013 ilə qədər klinikada çalışmışıq. Yoxlamalar aparılırdı. Lakin heç vaxt problem olmurdu”.

Təqsirləndirilən Mədinə Hüseynova ifadəsində bildirib ki, hazırda da klinikada çalışır: “İndi də həmin sistemlə işləyirik. Lakin proqram dəyişilliyi olub. Pul ödənən kimi iki nüsxədə qəbz çıxarılırdı. Biri xəstəyə verilir, biri də bizdə qalırdı. Kamera altında işləyirdik”.

Növbəti proses yanvarın 11-də davam edəcək.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 700 min manatlıq vergidən yayınma ittihamı - Leyla Şıxlinskayanın işçiləri hakim qarşısına çıxarılırlar

    700 min manatlıq vergidən yayınma ittihamı - ...

    14-11-2017, 15:26

  • 
  • “Leyla Şıxlinskaya” klinikasında nə baş verir?

    “Leyla Şıxlinskaya” klinikasında nə baş verir? ...

    23-11-2017, 10:00

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21

  • 
  • Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

    Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: ...

    1-11-2017, 14:28

  • 
  • Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir” - AKTRİSANIN QARA KASSASI VƏ QƏZƏBİ

    Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir ...

    23-09-2017, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu