GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “İnqilabla hakimiyyətə gəlmək olar, ancaq inqilabi ruhla...”

“İnqilabla hakimiyyətə gəlmək olar, ancaq inqilabi ruhla...”

Tarix: 7-01-2018, 13:56 Bölmə :Cəmiyyət Baxış: 484
“İnqilabla hakimiyyətə gəlmək olar, ancaq inqilabi ruhla...”


Sərdar Cəlaloğlu: “İlk dəfə yəhudi dövlətinin yaradılmasında məqsəd Osmanlını Yaxın Şərqdən çıxarmaq olub”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Gündəm Xəbər”in suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Türkiyə prezidenti Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatını İstanbula toplaması və Qüds böhranını gündəmə çıxarmasını necə şərh edirsiniz?

- Qüds məsələsində islam ölkələrinin belə yekdillik nümayiş etdirməsi böyük hadisədir. Artıq dünyanın indiki formada idarə edilməsi mümkün olmayacaq. II Dünya Müharibəsinin siyasi nəticələri əsasında dünya idarə edilir. Amma indi situasiya dəyişib. Dünyada idarəçilik xristian-müsəlman tandemi və beynəlxalq hüquq nornaları əasında idarə edilməlidir. Bunun üçün islam dünyasının Avropa Birliyi tipli təşkilatını yaratması və xristian dünyası ilə əlaqələri yoluna qoyması lazımdır. Xilafətin yeni modeldə qurulması da bir ideyadır. Əslində bu proses gedir, məsələn, türk xalqları birliyi, ərəb ölkələri birliyi və s. Qüds problemi bu məsələni bir daha gündəmə gətirdi ki, islam dünyası vahid platformada birləşməsə xristian dünyası ilə əlaqələrini qura bilməyəcək. İndi islam dünyasında bir ölkə Qüdsə görə, ABŞ-ın yanındadır, biri digəri ilə yola getmir və s. Bu da problemlərin həlli deyil, çətinləşməsinə səbəb olur. Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının gələcək toplantısında islam birliyinin əsası qoyulmalıdır. Vaxtı ilə Avropa Birliyi də 3-5 dövlətin iştirakı ilə yaradılıb, ABŞ isə ştatların birləşməsi ilə ortaya çxıdı. İndiki halda İndoneziya, İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan və digər ölkələr birləşib islam birliyinin əsasını qoyarlarsa, az müddət içində digər islam ölkələri də bu birliyə daxil olacaq. Əslində islam dünyasının nəhəng potensialı var. Söhbət nəhəng maliyyə resurslarından, enerji daşıyıcılarından gedir. Ancaq islam dünyasının bir təşkilatlanması, təşkilatı yoxdur. Bu olmayana qədər islam dünyası münaqişələr içində boğulacaq.
Əslində baxsanız klassik mənada yəhudilər qan və torpaq prinsipi ilə birləşməyən xalqdır. Yəhudilik həm də dindir. Bu dinə görə, yəhudilərin dövlət yaratması qadağandır. İlk dəfə yəhudi dövlətinin yaradılmasında məqsəd Osmanlını Yaxın Şərqdən çıxarmaq olub. Bu gün Türkiyə ilə ABŞ arasında münasibətlər kəskinləşir və Vaşinqtonda Qüdslə bağlı qərar verilir. Bu əslində Türkiyəyə qarşı aktdır. Necə ki, Türkiyənin əleyhinə PKK-nı və digər silahlı ünsürləri ABŞ dəstəkləyir. Trampın Qüds qərarı yəhudi xalqına və dövlətinin xeyrinə olmamaqla bərabər Türkiyənin əleyhinə atılan addımdır. Bunu da Türkiyə çox yaxşı başa düşüb. Zamanında İsrailin yaradılmasında da məqsəd Osmanlını ərəb coğrafiyasında çıxarmaq olub. Türkiyə bunu başa düşürsə, deməli çalışmalıdır ki, islam ölkələrindən istifadə edərək məsələnin həllinə nail olsun.
İkincisi, yəhudilərin özləri də bu qərarın əleyhinədir. Çünki bilirlər ki, bu qərar yəhudilərin ərəblərlə düşməni mövqeyə gətirəcək. Yəhudilər həm də bilirlər ki, ABŞ-ın bu qərarını ümumilikdə xristian aləmi dəstəkləmir. Məncə, İsraildə İslam Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edilməli və ona bu şəkildə izahat verilməli idi. Bu qərarla ABŞ həm yəhudilərə pislik edib, həm də yeni müharibə üçün qapılarını açıb.

- Bu toplantı ABŞ-ın Qüds qərarını geri çəkməsinə səbəb ola bilərmi?

- İstanbulda toplantının keçirilməsi mühüm hadisədir. Bundan əvvəl Avropa Birliyi toplaşdı, hətta İsrail baş naziri Netanyahu Brüsselə dəvət edildi, ona mövqelərini bildirdilər. İslam ölkələrinin də toplaşaraq Qüdsü müzakirə etməsi ciddi hadisədir. Bu islam cəbhəsinin məsələyə dair siyasi mövqeyinin ortaya çıxaracaq. Əlbəttə, əksər islam ölkələrində etiraz aksiyaları keçirilib. İkinci mərhələdə isə dövlətlərin mövqeyi ortaya qoyulur. Üstəlik nəzərə alın ki, çoxlu müsəlman ölkələrinin ABŞ-la iqtisadi, hərbi, ticarət və s əlaqələri var. Əgər islam birliyi doğru qərar alarsa, ABŞ öz sözünü geri götürəcək. Çünki bir ölkəni qazanmaq üçün 40-50 ölkəni itirmək məntiqli siyasət sayıla bilməz. Bu saat Tramp bu işlə məşğuldur.
İslam aləmində bir neçə ölkə var ki, oyuncaq rejimlərdir və ABŞ-ın dəstəyindən asılıdırlar. Hətta biz onların bu prosesə qoşulmasını istəsək də, mümkün olmayacaq. Çünki onların mövcudluğu ABŞ-dan aslıdır. Burada İndoneziya, Pakistan, İran, Türkiyə kimi nəhəng islam dövlətləri mövqeyini ortaya qoymalıdır. Ərəb coğrafiyasından isə Misirlə Səudiyyə Ərəbistanı böyük dövlətdir. Yerdə qalanlar kiçikdir. İkincisi, Səudiyyə, Misir, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr Ərəb Birliyi Təşkilatı daxilində öz mövqelərini ortaya qoyub. Ola bilsin ki, adı çəkilən ölkələr Ankara ilə münasibətlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmir. Amma 3-4 ərəb ölkəsinin burada iştirak etməməsi böyük problem deyil. Nəzərə almaq lazımdır ki, müsəlmançılıq ərəbçilik demək deyil. Biz adətən “müsəlmançılıq bərabərdir ərəb” düşüncəsindəyik. Əslində müsəlmançılığın ərəblərə aidiyyəti yoxdur. Bu gün Avropada, ABŞ-da müsəlmanlığı qəbul edən alman, fransız, ingilis var ki, onlar islama ərəblərdən çox xidmət edir. İnternetdə baxdım, ABŞ-da polkonviki olub və hazırda böyük bir klinikanın rəhbəridir. Bu adam islamı qəbul edəndən sonra 15-dən çox kitab yazıb. Söhbət ondan gedir ki, islam onu qəbul edənlərin malıdır, ərəblərin malı deyil. Ərəblərin içində milyonlarla xristian, formal islamı qəbul edənlər var.

- Qüds problemin sonunu necə görürsünüz?

- Fələstin dövlətini tanımadan ABŞ-ın Qüdslə bağlı məlum qərar verməsi münaqişəni körükləyir. Tramp həm ABŞ daxili aditoriyasını, həm dünyanın diqqətini özünün apardığı siyasətdən yayındırmaq üçün belə çaşdırıcı addımlar atır. Buna qədər Şimali Koreyaya hədə-qorxu gəlirdi, daha sonra Rusiyanı və İranı boykot edirdi. Dövlətlərin xarici siyasətində belə addımlar adətən daxili siyasətdə problemlər olanda atılır. Biz bütün işğalçı dövlətin siyasətinə baxanda görə bilərik ki, daxildə problemlər olduğundan xaricdə belə siyasəti həyata keçirib. Tramp seçki öncəsi verdiyi vədlərin çoxunu həyata keçirməyib. İndi deyir ki, bəs seçkilərdə vəd vermişəm ki, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacam. Əvvəla Qüdsün İsrailin paytaxtı olması haqda qərarı İsrail xalqı və dövləti verməlidir. Bunun ABŞ-a nə aidiyyəti var? Belə çıxır ki, Azərbaycanda prezident seçkiləri keçirilir və bir nəfər namizəd elan edir ki, hakimiyyətə gələrsə ABŞ-ın filan ştatını alıb Kanadaya verəcək. Trampın son qərarı buna oxşar gedişdir. Nəhayətdə Trampın prezident seçilməsində yəhudi lobbisi mühüm amil olub. Ancaq yəhudilər buna görə ABŞ-dan pay almalıdırlar. Əslində ilk dəfə İsrail dövlətinin yaradılması bir ştat kimi ABŞ-da nəzərdə tutulub. Hətta bu ştatın adı da müəyyən edilib. Sonra bir siyasətçi təklif edib ki, İsrail dövləti Avropada yaradılsın. Yalnız 1840-cı ildə, Osmanlı Aralıq dənizindən sıxışdırılıb çıxarıldıqdan sonra Avropa ərəb ölkələrini nəzarətə almaq planını həyata keçirərək düşünüb ki, İsrail dövlətini Fələstin ərazisində yaradaq. Bu gün İsraildə yaşayan yəhudilərin çoxu əslıində bura Avropadan, Rusiyadan, ABŞ-dan və digər ərəb ölkələrindən gələn insanlardır. İsrail dövləti elan edildikdə orada 200-300 min insan olub, indi isə orada 5 milyon əhali var. ABŞ-da 5 milyon 200 min yəhudi, İsraildə isə 5 milyon 100 minə yaxın yəhudi yaşayır.
İndi müşahidə edilən prosesin silahlı münaqişəyə çevrilmək ehtimalı yoxdur. Amma bu Yaxın Şərqdə terrorizmin yeni dalğasının meydana gəlməsini, Fələstin-İsrail münaqişəsinin aktivləşməsinə və indiyə qədər aparılan danışıqların dayanmasına gətirib çıxara bilər. Amma bütünlükdə bu dünya müharibəsi və ya dövlətlərarası müharibəyə gətirməyəcək.
Əgər Türkiyə və ABŞ dil tapacaqsa, bu məsələ avtomatik həll ediləcək. Nəzərə almaq lazımdır ki, Trampın qərarı Türkiyənin Yaxın Şərq siyasətinə verilən reaksiyadır.
Beynəlxalq hüquqa əsasən iki dövlət arasındakı münasibətlər üçüncü dövlətin əleyhinə yönələ bilməz. Bu gün İsrail-ABŞ münasibətləri yüksəkdirsə, bu münasibətlər Fələstinin əleyhinə yönələ bilməz. Problemin səbəbi həm də ondadır ki, artıq BMT kimi təşkilat gücünü itirib, ABŞ BMT-nin qərarı ilə hesablaşmır. II Dünya Müharibəsindən sonra yaranan bu qurumun əsasında dünya idarə olunur. İndi isə vəziyyət köklü dəyişib. Supergüclər də bildiklərini edirlər. Əvvəlki illər BMT dünyada sabitliyin və sülhün qorunmasında ciddi güc mərkəzi kimi çıxış edirdi. İndi isə bu gücünü itirib. Dünyanın aparıcı siyasətçiləri də deyir ki, BMT-də ciddi islahatlar olmalı, nizamnamə dəyişdirilməlidir. Bu baş verməsə, hələ dünyada çoxlu problemlər yaranacaq. ƏslindəABŞ supergücdür. Dünya iqtisadiyyatının 70 faizi, ən böyük hərbi büdcə ABŞ-dadır. Amma bu o demək deyil ki, əlimə qayçı alıb dövlətlərin sərhədlərini istədiyim kimi kəsmək hüququn var. Tramp da qeyri standar adamdır. Adətən ABŞ prezidentləri seçki öncəsi qeyri adi vədlərlə çıxış edirlər. Seçildikdən sonra isə “şiptilni” vədləri yaddan çıxarırlar. Tramp isə düşünür ki, seçki öncəsi nə deyibsə onu mütləq həyata keçirməlidir. Məşhur söz var: inqilabla hakimiyyətə gəlmək olar, ancaq inqilabi ruhla hakimiyyətdə qalmaq olmaz. Çünki hakimiyyət başqa, hakimiyyətə gəlmək isə tam başqa məsələdir. Tramp hansı ruhla seçki mübarizəsi aparıbsa, indi də prezidentliyini də həmin seçki ruhu ilə davam etdirir. Bu da yanlışdır. Sən dünənə qədər dövlətdən məsafəli idin, heç bilmirdin dövlət nədir. Öz alternativlərini irəli sürüb prezident seçilmisən. Artıq indi əlində dövlət, tam ayrı şərtlər var. Əslində Tramp bilməlidir ki, nisbi səs çoxluğu ilə prezident seçilib və qərar verərkən əks tərəfin də iradəsini nəzərə almalıdır. Axı ABŞ-da da hamı Tramp kimi düşünmür.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Bu islam ölkələri İstanbul müzakirəsinə gəlmədi

    Bu islam ölkələri İstanbul müzakirəsinə gəlmədi ...

    13-12-2017, 11:20

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • ​Rəsmi Bakı: Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır

    ​Rəsmi Bakı: Qüds məsələsi beynəlxalq hüquq ...

    23-12-2017, 13:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu