GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Jurnalistlər alpinistlər itkin düşən əraziyə aparıldı -VİDEO

Jurnalistlər alpinistlər itkin düşən əraziyə aparıldı -VİDEO

Tarix: 10-01-2018, 12:52 Bölmə :Cəmiyyət Baxış: 360
Jurnalistlər alpinistlər itkin düşən əraziyə aparıldı -VİDEO


Nazir müavini: “İtkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək”

Yanvarın 9-da FHN-in təşkilatçılığı ilə bir qrup yerli jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb. Jurnalistlər aparılan axtarış prosesi ilə yaxından tanış olublar. Həmin jurnalistlərin arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı da olub.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. O bildirib ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var.

F.Tağızadə qeyd edib ki, itkin düşən alpinistlər düzgün marşrut üzrə getməyiblər: “Onlar ən asan - B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.

Nazir müavini həmçinin deyib ki, alpinistlərin üzərində GPS sistemi olmalı idi: “Lakin təəssüf ki, onların üzərində bu cihaz olmayıb”.

F.Tağızadə vurğulayıb ki, alpinistlərin axtarışı ilə peşəkar heyət məşğul olur: “Burada qeyri-peşəkarlar çalışa bilməzlər. Burada avstriyalı mütəxəssislər iştirak edirlər”.

Artıq xeyli vaxt keçdiyi üçün alpinistlərin sağ qalmalarına da ümidlər tükənib. Təcrübəli alpinistlərin sözlərinə görə, dağçılar yalnız qar uçqunu altında qalarlarsa və hərəkət zamanı buz çatlarına düşərlərsə, onlarla bağlı heç bir izə rast gəlinməz. Hazırda da faktiki olaraq itkin düşən 3 alpinistlə bağlı heç bir izə rast gəlinmir. Lakin hələ onların başlarına yuxarıda qeyd etdiyimiz halların gəldiyini də söyləyə bilmərik. Çünki bu barədə də heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.

Ümumiyyətlə, Azərbaycanda bu kimi böyük axtarış tədbirləri ilk dəfə aparılsa da dünyanın hündür zirvələri belə hallara çox şahidlik edib. Hətta bəzi zirvələr var ki, orada alpinistin ölümü adi haldır. Məsələn, 8848 metr hündürlüyü olan “Everest”ə qalxmaq istəyən hər 10 adamdan birinin həyatını itirməsi ilə bağlı faktlar var. Bu gün də “Everest”də tapılmayan və ya illər öncə tapılıb, kimliyi məlum olmayan alpinistlərə rast gəlinir. Məsələn, 1924-cü ildə “Everest” zirvəsinə qalxmağa çalışan Gerorge adlı alpinistin cəsədi yalnız 1999-cu ildə tapılıb. Bu dağda istirahət zamanı fırtınaya düşüb ölənlər də az deyil. 1979-cu ildə alman alpinist qadın Hannelore də “Everest”də dünyasını dəyişib. Məlumatlardan belə görünür ki, hündür zirvələrə qalxan zaman alpinistlər əsasən istirahət etdikləri zaman donaraq və ya qar uçqununa düşərək dünyalarını dəyişirlər. Onların cəsədləri isə tapılanda bəzən artıq tanınmaz halda olurlar. Məlumatlara görə, “Everest”də 200 alpinist meyiti var...

“National Geographic” nin məlumatına görə, 1990-cı ildə zirvəyə qalxmaq istəyənlərin 18 faizi buna nail ola biliblər. 2012-ci ildə isə bu rəqəm 56 faizə qədər qalxıb. Bir zamanlar keçilməz görünən “Everest”ə artıq bəzən eyni anda 200-dən çox alpinist dırmanmağa cəhd edir. Onu da qeyd edək ki, “Everest”ə qalxmaq təkcə fiziki güc deyil, pul da tələb edir. Belə ki, məlumatlara görə, təlimatçılara, bələdçilərə və dırmanma zamanı digər bu kimi məsələlərə 10-100 min dollar arasında xərc çəkilir.

Təbii ki, Azərbaycan zirvələrini “Everest”lə müqayisə etmək olmaz. Çünki Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü 4466 metrdir. Bu isə “Everest”in yarısı qədər edir.

“Yeni Müsavat”a danışan “Vertical group” dağ və sənaye alpinizm şirkətinin rəhbəri Emil Vəliyev bildirib ki, onlar tez-tez “Elbrus”da olurlar və orada da itkin düşənlərlə bağlı xəbərlər alırlar: “Orada hətta öyrəndim ki, ”Elbrus"da bir yapon itib və hələ də tapılmır. Ailəsi onu tapan şəxsə 1 milyon dollar ödəyəcəyini deyib. Yəni dünyanın hər yerində bu kimi hadisələr baş verir. Onlar əsasən çatlara düşürlər. Dağlar var ki, orada 200-300 metr dərinliyində çatlar var. Adam çata düşür, üstünə qar yağır, su axır, çat bağlanır. 50 metr çata düşən adam olar ki, heç 100 il tapılmaz. Ancaq bizim dağda tapılmama ehtimalı yoxdur. Azərbaycanda elə də böyük dağ yoxdur. İkincisi də dağ relyefimizdə dərin çatlara da rast gəlinmir. Alpinist buzlaqda, uçqunda qala bilər və hava açılanda tapılar. “Kazbek”, “Elbrus”a baxanda alpinizm baxımından dağlarımız qorxulu sayılmır. Sadəcə olaraq, uyğun hava şəraiti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının işləməsi üçün şərait lazımdır. Hazırda alpinistlərin itkin düşdükləri yerdə, dərədə axtarış işləri gedir və inanın ki, hər an orada 3 alpinisti axtaran ən azı 10 əməkdaşa zərər dəyə bilər. Çünki dərədir və qar uçqunu qaçılmazdır. Doğrudur, orada bütün bunlar nəzərə alınıb. Ancaq yenə də təhlükə hava şəraitindən asılıdır. Bizim dağlarda “Kazbek” kimi buzun altından çay axmır. “Kazbek”də buzun altında adam itib, illərdir ki, tapa bilmirlər. Çünki buzlaqlar böyükdür. Buzlağa düşdünsə, tapılma şansı çox azdır. İki dəfə “Tufandağ”dan hava şəraitinə görə geri qayıtmışam. Bizim məntiqlə “dağ qaçmır”. Yəni dağ hər zaman ordadır, əsas həyatda qalmaqdır. Alpinistlər də var ki, onlar hər hava şəraitinə uyğunlaşmaq istəyir. Yəni ümumi götürəndə Tufandağda da çatlar var. Ancaq onlar üç alpinisti içinə alacaq ölçüdə deyil. Hansı ki, bu alpinistlərdən də biri Namindir ki, o da dünyanın ən çətin zirvələrində olub. İkisi belə getsə çatlara yalnız biri düşə bilər. Üçüncünün düşmə ehtimalı yoxdur. Biz şirkət olaraq “Kazbek” və “Elbrus”a peşəkar turlar təşkil edirik. Orada çatlar var ki, düşdünsə çıxa bilmirsən. 5-6 metr iplərlə işləyirik ki, çatın təhlükəsindən qoruna bilək. Azərbaycanda isə “Tufandağ”da 3 nəfər iplə işləyirsə, onların çata düşmə ehtimalı yoxdur".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirdən tapşırıq: Alpinistlər tapılana kimi... - Foto

    Nazirdən tapşırıq: Alpinistlər tapılana kimi... - ...

    9-01-2018, 16:49

  • 
  • FHN itkin düşən alpinistlərin axtarışına başlayıb

    FHN itkin düşən alpinistlərin axtarışına başlayıb ...

    27-12-2017, 12:23

  • 
  • Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olublar

    Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ...

    5-01-2018, 20:53

  • 
  • İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub

    İtkin düşən alpinistlərin axtarışlarına əlavə ...

    28-12-2017, 12:00

  • 
  • Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

    Alpinistlərin axtarışları Xınalıq istiqamətində ...

    8-01-2018, 12:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu