GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanda tətil başladı - işğalçı ölkənin hakimiyyəti xalqla üz-üzə

Ermənistanda tətil başladı - işğalçı ölkənin hakimiyyəti xalqla üz-üzə

Tarix: 17-01-2018, 11:13 Bölmə :Cəmiyyət Baxış: 318
Ermənistanda tətil başladı - işğalçı ölkənin hakimiyyəti xalqla üz-üzə


İrəvanda gərginlik artdığı bir vaxtda Qarabağla bağlı nazirlərin görüşünün təşkili nəyə xidmət edir?

“Lavrovun bu açıqlamalarına ehtiyatlı yanaşmağın tərəfdarıyam. Çünki təmas xətti boyunca hadisələrin sakitləşdirilməsi, atəşkəs rejiminə əməl edilməsi haqqında Lavrovun fikirləri, bir növ, münaqişənin dondurulması istiqamətində atılmalı olan addımlara bənzəyir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, sanki Lavrov Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri üçün daha əlverişli şəraitin yaradılmasını istəyir: “O, bununla da cəbhədə tam sakitlik olmasını arzulayır. Doğrudur, Lavrov açıqlamasında cəbhə boyunca atəşkəs rejiminə əməl edilməsinin sülh proseslərinə keçmək üçün şərait hazırladığını da bildirib. Amma maraqlısı budur ki, bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan da buna bənzər fikir söyləmişdi. O, Ermənistan tərəfinin sülhyaratma prosesini yenidən işə salmaq üçün hansısa təkliflər hazırladığını və bu təkliflərin sülhyaratma prosesinə təkan verə biləcəyini iddia etmişdi. Lavrovla Nalbəndyanın sözlərinin üst-üstə düşməsi onu göstərir ki, onların hər ikisi də cəbhədə sakitliyə nail olmaq istəyir və yeni müharibə təhlükəsinin qarşısını almağa çalışır. Amma irəli sürüləcək yeni təkliflər haqqında hələ ki məlumat yoxdur”.

Politoloq Axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də baş tutması gözlənilən görüşü haqda da danışıb: “Bu görüş zamanı bir sıra təkliflərin müzakirəsi gözlənilir. Çox inanmaq istərdik ki, Ermənistan bu məsələdə səmimidir. Rusiya da səmimi surətdə sülhyaratma prosesini dəstəkləyir. Xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin sülhyaratma prosesində dönüş əmələ gətirə biləcək təkliflər irəli sürməsini arzulayardıq. Ancaq hər dəfə danışıqlar prosesi Ermənistanın təqsiri üzündən mənasız bir toplantıya çevrilir. Lakin bu dəfə artıq Moskvanın da münaqişənin həlli üçün siyasi iradə ortaya qoyduğu hiss olunur. Ermənistan isə çox inamlı şəkildə yeni təkliflərin Azərbaycan tərəfindən çox rəğbətlə qarşılanacağını iddia edir”.

Qeyd edək ki, Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Bəzi müşahidəçilər hesab edir ki, əslində bu görüş son zamanlar yenidən təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlıdır. Belə ki, 2018-ci ildə həm Rusiya, həm Azərbaycan, həm də Ermənistanda prezident seçkilərinin keçirilməsini nəzərə alan beynəlxalq qurumlar Qarabağ cəbhəsində status-kvonun qorunmasına çalışırlar.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bu görüşün keçirilməsi məhz ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə həyata keçirilir: “Həmsədrlərin təmsil etdiyi dövlətlərin mövqeyinə gəldikdə istər ABŞ, istərsə Fransa münaqişənin həllində açar fiqur kimi Rusiyanı görürlər. Hətta Rusiyada seçkilər ili olduğu üçün bu məsələnin uzanmasının seçkilərin gedişinə müsbət təsir etməyəcəyini qabartmağa çalışırlar. Baxmayaraq ki, Rusiya siyasətçiləri hər hansı bir irəliləyişin olacağı haqqında anonslar verirlər, bu həm də inandırıcı görünmür. Çünki Ermənistanda seçki ilidir və əsas amil kimi Dağlıq Qarabaş münaqişəsindən istifadə ediləcək. Bu, demək olar ki, Sərkisyanın separatçılara verdiyi ”müstəqillik “ sözü ilə bağlıdır. Buna isə Azərbaycan tərəfi getməyəcək. Çünki bütün beynəlxalq norma və qanunlara əməl etməyə hazır olan Azərbaycan diktə edən tərəf kimi Ermənistandan atacağı addımları gözləyir. Bu danışıqlar da əvvəlkilər kimi danışıq naminə olacaqsa, ölkə başçılarının görüşü baş tutmaya bilər”.

Rusiya XİN başçısı Sergey Lavrovun ənənəvi mətbuat konfransında Qarabağ məsələsini Azərbaycan və Ermənistanın öz aralarında həll etməli olduğunu deməsi isə “Qarabağın açarı”nın Moskvada olduğu barədə illüziyalara son qoyur. A.Nağıyevin fikrincə, Rusiyanın da verdiyi bəyanatlar məhz bununla bağlıdır ki, öz üzərindən məsuliyyəti atır.

İşğalçı Ermənistan daxilində seçkiqabağı gərginliyin isə Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq üçün şans yarada biləcəyi barədə ehtimallar olsa da, mütəxəssislər bu məsələdə ehtiyatlı olmağı zəruri sayır. Hesab olunur ki, Azərbaycanın hücuma keçməsi Qarabağ klanının mövqelərini gücləndirə və Sərkisyan üçün göydəndüşmə fürsət yarada bilər. Yanvarın 16-da İrəvanda marşrut sürücüləri tətil elan edərək nəqliyyatın hərəkətini iflic ediblər. Yanvarın 19-da isə Ermənistan paytaxtında yürüş keçiriləcək. Parlamentdə xalqın küçəyə çağıranlar da olub. Hətta işğalçı ölkədə üsyanın yetişdiyi deyilir. Lakin son anda Rusiyanın necə davranacağı sual doğurur. Hesab etmək olar ki, bu ərəfədə Qarabağla bağlı nazirlərin növbəti görüşünün təşkil olunması müharibə alovunun söndürülməsinə xidmət edir. A.Nağıyev bu fikirdədir ki, Ermənistandakı seçkilərdə Sərkisyanın qalib gəlməsi Rusiyanı qane edir: “Lakin Qərbi qane etmir, eyni zamanda ictimai rəy də Rusiyanın əleyhinədir. Buna görə də Lavrov belə bəyanat verir. Bu isə münaqişənin hərbi yolla həlli məsələsini gündəmə gətirə bilər. Zənnimcə, regionda müharibə ocağının yenidən alovlanması və bunun qorxulu fəsadları tək Rusiya üçün deyil, ümumiyyətlə, digər supergüclər üçün də bir siqnal olmalıdır və Ermənistana qarşı təzyiq mexanizmini hazırlamalı və hətta BMT -nin qətnamələri də daxil olmaqla həyata keçirmək üçün müvafiq addımlar atmalıdırlar”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ

    Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ ...

    15-11-2017, 11:54

  • 
  • Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək — Lavrovdan AÇIQLAMA

    Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək ...

    21-11-2017, 12:47

  • 
  • `Lavrovun təklifləri üzərində işləyirik` - Məmmədyarov

    Lavrovun təklifləri üzərində işləyirik - ...

    7-04-2016, 14:35

  • 
  • Lavrov Kerri ilə Münhendə görüşdü

    Lavrov Kerri ilə Münhendə görüşdü ...

    12-02-2016, 19:20

  • 
  • Lavrov Bakıya və Yerevana səfəri barədə

    Lavrov Bakıya və Yerevana səfəri barədə ...

    14-11-2017, 17:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu