“Bəzən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş, həlli uzanan problem kimi adlandırırlar. Ancaq, bu belə deyil”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişsini tezliklə həll etmək lazımdır. Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla ciddi iş apardıqlarını söyləyib:
“Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Münaqişənin sülh yolu ilə həlli çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik.
Hamı bilməlidir ki, Ermənistan silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərini tərk etməlidir. Müharibə hər iki ölkəyə neqativ təsir edir. Aydındır ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır, məhz bundan sonra təhülksəzliyin təmin olunması və monitorinqi üzrə tədbirlər görülə bilər”,- deyə E.Məmmədyarov vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?