GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri...

TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri...

Tarix: 21-01-2018, 19:53 Bölmə :Cəmiyyət Baxış: 283
TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri...


Afrin yerləşmə baxımından Türkiyə üçün strateji dəyərə malikdir. Bu ərazilərə kimin nəzarət edəcəyi problemi Türkiyənin təkcə güvənlik sahəsində təşvişinə aid deyil. Daha nəsə var. Afrin iqtisadi baxımdan da önəmlidir.

Cənubunda İdlibin, şərqində Azezin yerləşdiyi Afrinin PKK terrorçularının işğalında qalmağı nə qədər davam edirsə, güvənliyimiz üçün həmişə təhlükə olacaq. Bu vəziyyətin iqtisadi yönü isə PKK-ı Afrində yerləşdirənlərin maraqlarına cavab verir. Həm də Türkiyənin iqtisadi maraqlarını birbaşa hədəfə götürür.

Şimali İraqın neft və təbii qazının Türkiyədən yan keçməklə Aralıq dənizinə ötürülməsini təmin etməyə hədəflənən layihə var. Afrin bu layihənin ayrılmaz hissəsidir. Türkiyə Azez və Cerablus şəhərləri arasındakı əraziləri öz nəzarətinə götürəndən bəri bu, Afrinin PKK-nın işğal etdiyi bölgələrlə birləşməsinə və terrorçuluq dəhlizinin yaradılmasına mane olub.

İdlibdəki əməliyyatla isə Afrindən cənubda Aralıq dənizinə çıxış kəsilib. Lakin PKK nə qədər Afrində qalırsa, bu iki maneəni aradan qaldırmaq üçün dalbadal həmlələr edəcək. O, məhz buna görə də orada yerləşib. Məqsəd – İraqın şimalından başlayaraq Suriyanın şimalından uzanacaq dəhliz üzrə PKK-nın Afrindən Aralıq dənizinə çıxışını təmin etməkdir. Amma Türkiyə 2016-da “Fərat qalxanı” əməliyyatı və 2017-də İdlib əməliyyatı nəticəsində bu hədəfə zərbə endirsə də, problem tam yox olmayıb. Afrin azad olunmasa, PKK orada qalacaq və özünə hər iki tərəfə – cənuba və şərqə çıxışı təmin etməkdən ötrü istənilən üsulu sınayacaq. Bunu edərək Türkiyənin həm güvənliyi, həm də iqitsadiyyatını təhdid edəck. Türkiyədən yan keçməklə təbii qaz və neft nəqli ehtimalı həmişə saxlanacaq.

Bununla yanaşı, Türkiyə ilə qonşuluqda ərəblər deyil, PKK terrorçuları yerləşəcəklər. Və bu, cənubda Türkiyənin quruyol ticarətini həmişə pozacaq. Bu dəhlizin bağlanması Türkiyəyə həm güvənlik, həm də iqtisadi baxımdan çox şey verəcək. Dəhlizi isə PKK-nı burada yeləşdirən güclər açarsa, əllərini yanlarına qoyub oturmayacaqlar.

Amerika koalisiyanın Afrin bölgəsində əməliyyatlar keçirmədiyini desə də, bu bölgənin dəyərini hamıdan daha yaxşı bilir. ABŞ Türkiyənin Afrin əməliyyatını dayandırmaq üçün hətta onu güzəştlərə getməyə çağıran bəyanatlardan da çəkinmir.

ABŞ-ın məqsədi Türkiyəni təkcə ticarət marşrutundan çıxarmaq deyil, həm də Suriyada öz hərbi qüvvələrini saxlamaq və artırmaqdır. Bütün hərbi və silah tədarükləri indiyədək hava yoluyla həyata keçirilib. Suriyanın şimalında Aralıq dənizinə bağlı dəhlizin açılması bir çox baxımdan ABŞ-ın əl-qolunu açacaq. Bu dəhliz sayəsində daha az məsrəfli dəniz yolundan istifadə oluna bilər. ABŞ Suriyaya dəniz yolu açaraq istifadə edə bilsə, bu, onun həm Suriya, həm də İraqın gələcəyinə yönəlmiş və hərbi baza və silahların yerləşdirilməsilə bağlı bütün layihələrinə zəmanət ifadə edəcək.

PKK-nın Afrinin cənubundan Aralıq dənizinə çıxışını nəzərdə tutan şimal dəhlizi enerji resursları, neft və təbii qazın nəqli üçün son dərəcə önəmlidir. Bu dəhliz hərbi dəstəyin təkcə havadan deyil, həm də dənizdən verilməsi üçün də qiymətlidir. Bununla yanaşı, bu dəhlizin rolu təkcə energetik və hərbi önəmlə məhdudlaşmır.

Axı ABŞ-ın yönəltdiyi, döyüş meydanında isə PKK-nın yerləşdiyi marşrut adamdan tutmuş narkotiklərə qədər hər cür qaçaqmalçılıq üçün istifadə olunacaq. Və budur, Türkiyə indi bu cür quruma qarşı mübarizə aparır.

ABŞ isə əlindən gələni edir ki, Türkiyə Afrinə girməsin…

Tərcümə Strateq.az-ındır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks halda...”

    Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks ...

    6-07-2017, 13:10

  • 
  • “Zeytun budağı” əməliyyatında 300-ə yaxın kürd terrorçusu məhv edilib — Rəsmi açıqlama

    “Zeytun budağı” əməliyyatında 300-ə yaxın kürd ...

    24-01-2018, 22:06

  • 
  • Ərdoğan ABŞ-ı sərt tənqid etdi və türk ordusunun VURACAĞI HƏDƏFLƏRİ GÖSTƏRDİ

    Ərdoğan ABŞ-ı sərt tənqid etdi və türk ordusunun ...

    24-10-2017, 14:00

  • 
  • Düşməni yerlə yeksan edəcək planın DETALLARI - Hücum bundan sonra başlanacaq

    Düşməni yerlə yeksan edəcək planın DETALLARI - ...

    26-10-2017, 13:44

  • 
  • Türkiyə Afrin əməliyyatını başlatdı - "Zeytun budağı"-VİDEO

    Türkiyə Afrin əməliyyatını başlatdı - ...

    20-01-2018, 20:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu