Türkiyə Suriyanın şimalında PKK/PYD terror təşkilatına məxsus Afrin kantonunu hər an vura bilər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğa ABŞ-ı PKK-ya dəstək verdiyi üçün sərt tənqid edib.
“Amerika Suriyada PKK-nın “övladı” olan PYD/YPG ilə Rakka əməliyyatını həyata keçirir. Sonra da “PKK deyil” deyirlər. Rakkada separatçının (PKK lideri Öcalan - red.) fotosunun asılmasını necə izah edəcəksiniz? Biz faktlarla danışırıq. 3 min 500-dən çox TIR bölgəyə silah daşıyır. Bu silahların hara aparıldığını yaxşı bilirik”, - deyə o bildirib.
İdlib əməliyyatının böyük qisminin başa çatdığının vurğulan Ərdoğan “hədəfimizdə Afrin var” deyə bildirib: “Daha əvvəl nə dedik? Bir gecə qəfil gələ bilərik, bir gecə qəfil vura bilərik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?