Şabran rayonu ərazisində yanmış kişi meyiti tapılıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib. 40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək olmayıb. Bu şəxsi tanıyanlardan xahiş olunur ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran rayon Polis Şöbəsinə (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Sorğu
Yeni dizaynımız necədir?