“Kanal 13” İnternet Televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun apellyasiya məhkəməsi başlayır.
Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum ediib. Onun barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.
İlkin baxış iclası fevralın 6-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək./xalqxeber
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?