Ötən gün Səbail rayonunda yerləşən, 2013-cü ildə jurnalistlərə verilmiş birinci binada tanınmış jurnalist Ağanisə Sultanovanın mənzili naməlum oğrular tərəfindən qarət olunub.
Ötən gün Səbail rayonunda yerləşən, 2013-cü ildə jurnalistlərə verilmiş birinci binada tanınmış jurnalist Ağanisə Sultanovanın mənzili qarət olunub. Bu barədə jurnalist öz FB səhifəsində də geniş açıqlama yazıb. Artıq baş vermiş cinayət faktı nəzarətə götürülüb. DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadənin “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, artıq baş vermiş faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.2.3-cü ( oğurluq: yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları oğurluq olan mənzildə olublar, müvafiq nümunələr götürülüb və zəruri ekspertizalar təyin olunub. Mənzildən pul və zinət əşyaları aparılıb. Onu da qeyd edim ki, cinayət işi nəzarətdədir və hazırda oğurluğun açılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?