GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO

Tarix: 17-05-2017, 20:51 Bölmə :Siyasət Baxış: 555
LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


Son günlərin ən çox müzakirə olunan mövzusu kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin London küçələrində çəkilən bahalı avtomaşınıdır. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşının videogörüntüləri artıq internetdə geniş yayılıb. 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı “Ferrari”dir.
Amma bu maşının Azərbaycan dövlət nömrə nişanı ilə Londonda necə peyda olması da sıravi oxucuda şübhə yaradır. DYP mətbuat xidmətinin rəhbəri Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sözügedən avtomobilin Azərbaycanda qeydiyyata düşməsi, o nömrə ilə dünyanın istənilən ölkəsində olması mümkündür. Həmin avtomobil bir neçə yolla xaricə aparıla bilər – gəmi və ya təyyarə ilə.
K.Əliyev dedi ki, həmin maşının Londonda nə qədər qalması isə sözügedən ölkənin öz qanunlarından asılıdır.
Məsələn, qonşu Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı maşın 6-12 ay müddətində qala bilər.

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


“Yeni Müsavat” bu məsələnin detallarını və eləcə də xəbərə mövqe öyrənmək üçün gün boyu bir neçə dəfə H.Əsədovla əlaqə saxladı. Amma sonuncu zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik. Bütün hallarda nazirin öz oğlu ilə bağlı yazılanlara mövqe bildirmək üçün qəzetimizin tribunasından istifadə edə biləcəyini vurğulayırıq.
Ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub. Burada öz bahalı maşınlarını nümayiş etdirən milyoner balaları ilə yanaşı, daşınmaz əmlaka kapital qoyanlar da az deyil. London əslində varlıların investisiya qoymaq üçün müraciət etdiyi şəhərlər sırasındadır. Londonda evi olmayan milyonerə dünyada az rast gəlmək mümkündür.
Britaniyanin “The Evening Standard” qəzetinin məlumatına görə, Londonda 2 milyon funt-sterlinqdən (4 milyon dollar) baha olan evlərin sayı 1000-i keçib. Həmin evlərin 40 faizə qədəri ipotekalar hesabına tikilib.
İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. Britaniya vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Son bir ildə Londonda elit mənzillərin qiyməti 32 faiz artıb. Bu usə 1979-cu ildən bu yana rekord göstəricidir.

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


“Knight Frank” rieltor agentliyinin məlumatına görə, Londonda ucuz mənzil almaq mümkün olmayan işdir. Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb. Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən yeddi dəfə artıb. Orta hesabla isə ölkə boyu bu fərq beş dəfəyə çatır. Eləcə də Londonun mərkəzində mənzilləri şəhərin ətrafına nisbətən 2.5 dəfə baha kirayələmək olar.

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


Analitiklər bildirirlər ki, Londonun daşınmaz əmlak bazarında qiymətlər xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də, Londonda qiymətlər artır. «Knight Frank» agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub.
Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb.
Agentliyin baş analitikinin dediyinə görə, Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Belə ki, bu il ərzində Londondan mənzil alanların əksəriyyəti misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar olublar. Rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər.
Korrupsiyanın dəf edilməsinə yönələn beynəlxalq səylər çərçivəsində “yuyulmuş çirkli pullara” sahib xaricilər Birləşmiş Krallıqda ev almaq imkanından məhrum edilməlidir. Bunu Böyük Britaniyanın eks baş naziri Devid Kameron deyib. Sinqapurda çıxış edən David Kemeron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd edib.
Onun sözlərinə görə, “London qanunsuz pulları saxlamaq yeri deyil”. David Kameron beynəlxalq ictimaiyyəti korrupsiya xərçənginə qarşı mübarizəyə səsləyib.
Səudiyyəli milyarderlər isə daha çox öz şəxsi maşınları ilə Londona istirahətə gəlirlər. Bir neçə il bundan qabaq, səudiyyəli milyarderlərdən biri avtoparkı ilə Londona istirahətə gəlib. Onun avtomobillərinin dəyəri 1,4 milyon dollardan artıq olub. Milyarder İngiltərə paytaxtına qızılla örtülmüş “Mersedes”, “Bentli”, “Lamborgini” və “Rolls-Roys” maşınlarını gətirib.
Maşınlar Londonun əsasən varlılar yaşayan Kensinqton rayonunda görünüb. Daha əvvəl onlar beş ulduzlu “Mandarin oriental” mehmanxanasının qarşısında yerləşdirilmişdi.
“Daily Mail” səudiyyəli milyarderin superkarların yeni mövsümünün açılışına gəldiyini qeyd edib. Bu dövrdə varlı ərəblər Yaxın Şərqdə olan isti havadan qaçaraq öz bahalı avtomobilləri ilə Britaniya paytaxtına üz tuturlar.

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


Bu son illər boyunca daha çox müşahidə olunur. Son dövrlər Küveyt, Səudiyyə Ərəbistanı və Əmirliklərdən olan varlıların öz bahalı maşınlarıyla Londona gəlməsi çoxalıb.
Artıq London şəhəri bahalı maşınların məkanına çevrilib. Londonda bütün dünyadan olan varlılar yaşayır. Əsasən də ərəb şeyxlərinin istirahət üçün ən sevimli yerlərdən biri də İngiltərə paytaxtıdır.
Ərəb şeyxləri Böyük Britaniyaya həftə sonu daha çox gəlir. Şərqdən gələn milyonçular özüylə bahalı maşınlarını da mütləq gətirirlər və onda şəhərin küçələri bahalı idman avtomobillərinin əsl paradına çevrilir.

LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO


Yerli sürücülər belə bahalı avtomobil sahiblərinin təyin olunmamış yerdə parkinq etdiyinə görə daim hakimiyyət orqanlarına şikayət edirlər. Bəzən bahalı avtomobillər dar London küçələrində hərəkəti məhdudlaşdırır(musavat.com).

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində

    Məmur balasının qalmaqallı avtomobili yenə Bakı ...

    30-09-2014, 14:36

  • 
  • Bakıda “Ermənistan seriyalı” avtomobil - Rəsmi açıqlama+ Fotolar

    Bakıda “Ermənistan seriyalı” avtomobil - Rəsmi ...

    22-09-2015, 22:38

  • 
  • "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı imiş - Fotolar

    "Ferrari" ilə qəza törədən xanım Eldar ...

    19-09-2016, 15:04

  • 
  • Deputatlar arasında ən ucuz avtomobilin qiyməti 80 min manatdır

    Deputatlar arasında ən ucuz avtomobilin qiyməti ...

    13-05-2014, 10:07

  • 
  • Dünyanın ən bahalı aviabileti satışa çıxarılıb

    Dünyanın ən bahalı aviabileti satışa çıxarılıb ...

    3-06-2016, 16:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu