Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.
Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Qeyd edək ki, Konstitusiyanın 179.1 maddəsinə əsasən, Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalyıb. Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. /ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?