Türkiyədə növbədənkənar heç bir seçki keçirilməyəcək. Bunu Türkiyənin hakim "Ədalət və İnkişaf" Partiyasının baş katibinin müavini və mətbuat katibi Hüseyn Çelik deyib. O, İstanbulda "Ədalət və İnkişaf" Partiyasının Mərkəzi Qərar və İdarəetmə qurumunun toplantısından sonra keçirdiyi mətbuat konfransında növbədənkənar seçki iddialarına cavab verib.
"Bu iddianın tamamilə gərəksiz və xəyali bir düşüncənin məhsulu olduğunu demək istərdim. Bəli, qarşıda bir seçki var, o da 2014-cü il martın sonunda yerli idarələrə seçkilərdir. Ondan sonra həmin ilin avqustunda prezident seçkisi, 2015-ci ilin iyununda isə parlament seçkiləri keçiriləcək. Artıq Türkiyədə sabitlik var. Türkiyədə siyasi sabitlik mövcuddur. "AKP" haqqında deyilən ədalətsiz və qeyri-müəyyənlik iddiası yox oldu. Seçkilər vaxtı ediləcəkləri, edilməsi vacib olanları mütləq edəcəyik", - deyə Hüseyn Çelik bildirib.
Sorğu
Yeni dizaynımız necədir?