"Yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir".
Bunu "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Azərbaycan Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvü Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bu məsələ ölkə başçısının səlahiyyətində olan məsələdir:
"Möhtərəm prezidentimiz də mütəmadi olaraq əfv sərəncamı imzalayır. Yəqin ki, növbəti vaxtlarda da belə bir addım atılacaq". Deputat qeyd edib ki, Azərbaycan Prezidenti yanında Əfv məsələləri üzrə komissiyaya mütəmadi müraciətlər daxil olur:
"Həmin müraciətlər baxılır, araşdırılır. Hazırda da belə müraciətlər var".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?