Azərbaycanda bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması hər zaman aktualdır. Ancaq bu ilki Ramazan və Qurban bayramında əfv sərəncamı imzalanmadı.
Maraqlıdır, 18 oktyabr dövlət müstəqilliyimizin 25 illiyi münasibəti ilə prezidentin əfv sərəncamı imzalaması gözlənilirmi?
Moderator.az-a məsələ ilə bağlı açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, oktyabrda əfv sərəncamının imzalanma ehtimalı çox azdır:
“Biz 31 dekabr yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv sərəncamının imzalanmasını gözləyirik. Oktyabrda isə belə bir sərəncamın olmasına ehtimal azdır. Çünki Əfv Komissiyası oktyabrda toplaşacaq. Həmin toplantıda isə dekabrda əfvə düşə biləcək insanlarla bağlı müzakirələr olacaq. Biz əfvə düşən şəxslərin arasında siyasi məhbus hesab olunan şəxslərin də olması üçün bütün səylərimizi göstərəcəyik.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?