Yolun hərəkət hissəsində dayanmağı azmış kimi hələ özünü haqlı da sayır
gundemxeber.az bildirir ki, Xırdalanda polis əməkdaşının qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Yanvarın 30-da Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində hərəkət edən 10-XJ-094 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan qəfil yolun hərəkət hissəsində duraraq tıxac yaradıb. Avtomobildən düşən zaman məlum olub ki, həmin sürücü polis-mayorudur. Digər sürücü ona irad bildirən zaman, polis əməkdaşı sürücünün iradına əhəmiyyət verməyərək yoluna davam edib.
Videoda aydın şəkildə görünür ki, qarşıda sağ tərəfdə avtomobili park etməyə boş yer var. Sadəcə həmin polis zabiti digər intizamsız sürücülər kimi öz rahatçılığını düşünərək avtomobili istədiyi yerdə park edərək getdi. Bu da təbii ki,normal qarşılanası hal deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?