Səni axtarıram"a qatılan Sədəf adlı qadının 1978-ci ildə (15 yaşı olarkən) həyat yoldaşından övlad dünyaya gətirdiyi barədə söylədikləri yalan çıxıb.
Məlum olub ki, qadının körpəykən yad ailəyə verdiyi uşaq, onun başqa kişidən olduğunu ərindən gizlətmək üçün atılmış bir addım imiş.
Sədəfin övladının həyat yoldaşı Xudayardan olduğu barədə iddiaları ifşa olunduqdan sonra, qadın şok edəcək bir açıqlama ilə hər kəsi məəttəl qoyub.
Sədəf həyat yoldaşı Xudayarın həftələr öncə, bu məsələ meydana çıxandan sonra öldüyünü deyib.
Qadının Xoşqədəmə gizli olaraq oğlunun əsl atasının kimliyini deməsi, aparıcının "Vay... Mən onun kimliyini deməkdən qorxuram" reaksiyası ilə nəticələnib. İddia edilir ki, o şəxs yüksək vəzifəli məmurdur./milli.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?