«Təzadlar» da daxil, neçə gündür ki, ölkə KİV-ləri 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gəturməsindən həyəcanla yazır. Artıq məsələyə aidiyyəti dövlət qurumları da qoşulub. Bu gün isə «Təzadlar»a sensasiyalı material daxil olub. Hələlik adının çəkilməsini məqbul saymadığımız etibarlı mənbənin həmin materiala əlavə etdiyi bəzi məlumatlar isə daha dəhşətli sayıla bilər. Söhbət məhkum Lamiyə Quliyevanın və onun nişanlısı olmuş Vüqar Əliyevin istintaqa zor gücünə yazdırıldığı ifadələrindən tutmuş onun məhkum xanımın həbsxanada olduğu illərdə müstəntiqdən (hələlik adını çəkmək istəmirik), sonralar isə 4 saylı qadın cəzaçəkmə müəssisəsində rəis… tərəfindən cinsi əlaqəyə təhrik edilməsi və s. dəhşət saçan məqamlardan gedir. Həmçinin artıq redaksiyaya Lamiyə Quliyevanın dünyaya gətirdiyi uşağın atasının kimliyi də bizə məlumdur… -Bəs Aslan Aslanov niyə oğlunun qətlinin sifarişçisi kimi vergilər naziri Fazil Məmmədovun adının çəkilməsini istəyirmiş??? -O, bunun üçün istintaqa necə təsir edirmiş və Lamiyə Quliyevaya və Vüqar Əliyevə nələri vəd edirmiş??? -4 saylı qadın cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Müzəffər Məmmədov Lamiyə ilə intim münasibətlərdə olubmu? -Bəs «dustaq» xanım həbsxanqada hamilə qalarkən onu gizli yolla keçmiş «Semaşko» adına xəstəxanaya kimin müşaiyəti ilə aparılıb və abort etdirilib? -Həmin uşaq kimdən imiş??? -Lamiyə Quliyevanı abort etdirən həkim nələri etiraf etməkdədir??? Hazırda hər kəsi şoka salacaq geniş yazı çapa hazırlanır. Bizi izləyin!!! (Digər saytların və KİV-lərin bu məlumatlardan istifadə edərkən «Təzadlar»a istinad etməsini xahiş edir, başqa niyyətlə istifadəsini qadağan edirik. «Təzadlar»ın Araşdırma Qrupu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?