GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İrəvanın “dəmir” təlaşı – Bakı İranın Ermənistana yolunu bağlayır

İrəvanın “dəmir” təlaşı – Bakı İranın Ermənistana yolunu bağlayır

Tarix: 13-02-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 371
İrəvanın “dəmir” təlaşı – Bakı İranın Ermənistana yolunu bağlayır

İşğalçı ölkə pat və dalan vəziyyətində; Azərbaycan-Rusiya-İran ortaq dəmiryolu layihələri və üçlü sammitlər düşmən tərəfin yuxusunu qaçırıb; Bakı regionda həlledici oyunçuya çevrilir; erməni nəşri: “Tehran bizim izqoy ölkə olduğumuzu göstərdi”, “Varlı Azərbaycan viranə Ermənistana həmişə təhlükə olacaq, zaman əleyhimizə işləyir...”

Qonşu ölkələr arasında iqtisadi inteqrasiya ən əvvəl dəmir yollarının inteqrasiyası, birləşdirilməsi ilə başlayır. Bu, yoxsa, ciddi iqtisadi əlaqələrdən danışmağa dəymir. Potensial ola-ola, qonşular arasında iqtisadi əməkdaşlıq zəifdirsə, demək, ölkələr arasında siyasi bağlar da, qarşılıqlı etimad da, hətta insani-humanitar əlaqələr də zəif olacaq.

Bu xüsusda son illər bölgədə Azərbaycanın episentrində olduğu iri nəqliyyat və enerji layihələrinin bir-birinin ardınca həyata vəsiqə alması dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi, xüsusən də Ermənistanı bir o qədər təlaşlandırır. Bu barədə az sonra.

*****

İşğalçı ölkənin nəqliyyat və iqtisadi izolyasiyasını gücləndirən meqa-layihələrdən biri ötən ilin oktyabrında işə düşən Bakı-Tiflis-Qars dəmir yolu oldu. Fevralın 8-də isə inşası tamamlanan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu üzrə ilk sınaq qatarı hərəkət edib. 6 vaqondan ibarət həmin qatarla Rusiyaya məxsus yüklər İrana çatıb.

Qəzvin-Rəşt dəmir yolu ile ilgili görsel sonucu

Uzunluğu 10 km olan, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi Qəzvin-Rəşt dəmir yolunun davamı sayılan Astara-Astara yolunun tam həcmdə işə düşməsi gələn ay, rəsmi açılışdan sonra olacaq. Açılışı Azərbaycan və İran prezidentlərinin edəcəyi gözlənilir.

Regionda Azərbaycanın iştirakı ilə baş verən bu kimi mühüm gəlişmələri bəlli səbəbdən ən çox təcavüzkar Ermənistan izləyir. Ancaq müşahidə eləməkdən savayı əlindən heç nə gəlmir. Öncə erməni xalqı öz qərarını verməlidir ki, onu və Ermənistanı blokada rejimində, böyük iqtisadi layihələrdən kənarda saxlayan bir hakimiyyətlə üzülüşsün, ya yox?

Yəni bu, ən əvvəl erməni tərəfinin problemidir. “Yeni Müsavat” xatırladır ki, Bakı bu problemi erməni xalqının maraqları çərçivəsində uğurlu həll yolunu dəfələrlə bəyan edib. Ermənistanın getdikcə daha ağır təcridə tuş gəlməsi isə bir sıra yerli analitiklər səviyyəsində açıq etiraf edilməkdədir.

*****

Məsələn, “Yeni Müsavat” xəbər verir ki, 1 in.am nəşrinin şərhçisi Sərkis Arsuruni dünənki məqaləsində yazır: “8 fevral hadisəsi göstərdi ki, Rusiya, İran və Azərbaycanın dəmir yolu sistemlərinin inteqrasiyası baş verir. Bununla da regionda üç ölkənin iştirakı ilə yeni və perspektivli əməkdaşlıq platforması yaranmaqdadır. Bu isə öz növbəsində vaxtaşırı üç ölkə prezidentlərinin sammitini labüd edir (növbəti belə bir sammit Moskvada keçiriləcək - ”YM"). Azərbaycanın mərkəzində olduğu bu layihə Ermənistanın siyasi və iqtisadi blokadasını daha güclü şəkildə qabardır".

Müəllif daha sonra yazır: “Bakının rəsmi dairələri ”Şimal-Cənub" layihəsinin onlardan ötrü tək iqtisadi deyil, siyasi kontekstdə də önəmli olduğunu gizlətmir. Ona görə ki, Ermənistan regional əməkdaşlıqdan sıxışdırılmış olur. O da diqqətçəkicidir ki, belə qlobal proqramlar tədricən İranın Ermənistana ehtiyacını sıflırlayır. İran faktiki şəkildə məhz Azərbaycan əraziləri vasitəsilə Avropa və Rusiya bazarlarına çıxış üçün özünə alternativlər təmin eləmiş olur. Halbuki son illər Tehranda dəfələrlə işarə vurublar ki, qlobal kommunikasiya layihələrində İran Ermənistanı etibarlı tərəfdaş sayır. Bizim hakimiyyətin buna reaksiyası isə yumşaq desək, adekvat deyil. Tehran isə İrəvanın Rusiya qadağalarını nə vaxt adlayacağını sonsuza qədər gözləyə bilməz. Beləcə, Ermənistanın Rusiyanın ayaqaltı dövləti statusu geridönməz şəkildə möhkəmlənir. Nəticə etibarilə bizim ölkə öz subyektivliyinin itirir və demək olar, regionun bütün inteqrasiya layihələrindən vurulub çıxarılır".

Erməni şərhçiyə görə, İrəvandan ötrü bu, həm də Qarabağ siyasətində uğursuzluq deməkdir: “Ermənistan üçün formalaşmış mahiyyət etibarilə belə bir pat və dalan konteksti İrəvanın Qarabağ siyasətinin əsassızlığını ortaya çıxarır. Status-kvonu saxlamağa köklənən bu siyasət gerçəkdə rasional deyil. Nədən ki, status-kvo ön xətdə və ya hərbi müstəvidə formalaşmış balansdan daha çox, həm də Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsidir. Qarabağ konfliktinin mövcudluğu, sərhədlərin bağlı qalması Ermənistanın Rusiyadan asılılığını gücləndirir, onun iqtisadiyyatını inkişaf resurslarından məhrum edərək boğur. Bu kontekstdə Azərbaycan faktiki, bütün regional layihələrdə həlledici oyunçuya çevrilir. Bu isə labüd olaraq, iki ölkənin iqtisadiyyatının qeyri-bərabər, Ermənistanın xeyrinə olmayacaq inkişafına gətirəcək”.

“Milyardlarla dollar gəliri olan Azərbaycan viranə qalmaqda olan Ermənistana həmişə təhlükə olacaq. Belə bir aksiom-fakt bizim siyasi və dövlət sistemlərimizin qeyri-adekvatlığından, qeyri-rasionallığından xəbər verir. Ermənistan hakimiyyətinin apardığı siyasətin effektlilik göstəricisi danışıqlar prosesinin uzanması yox, əksinə, rasional kompromislər əsasında münaqişənin tezliklə həlli olmalıdır. Vaxt gözləmir. Vaxt Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən mümkün olanı əldə eləmək üçün situasiyanı ağıllı başla dəyərləndirmək lazımdır”, - deyə erməni təhlilçi sonda əlavə edib.

Bu, həm də konflikti süni surətdə uzatmaqla öz hakimiyyətinin ömrünü uzatmağa çalışan Sərkisyan rejiminə, bütövlükdə “Qarabağ klanı”na xəbərdarlıqdır. Zaman indi həqiqətən işğalçının xeyrinə işləmir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi əlaqələrini inkişaf etdirmək niyyətindədir

    Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi ...

    6-08-2017, 15:36

  • 
  • Ruhanidən Sərkisyana: Dağlıq Qarabağda...

    Ruhanidən Sərkisyana: Dağlıq Qarabağda... ...

    6-08-2017, 14:58

  • 
  • Ermənistanın “dəmir” blokadası gerçəkləşir

    Ermənistanın “dəmir” blokadası gerçəkləşir ...

    31-10-2017, 10:51

  • 
  • Suda, quruda və səmada... - işğalçıdan üstünlüyümüz faktların dilində

    Suda, quruda və səmada... - işğalçıdan ...

    3-02-2018, 11:30

  • 
  • Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi

    Prezident İlham Əliyev "Şimal-Cənub" ...

    7-12-2015, 20:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (379)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu