Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
İrigövdəli ağaca çırpılan “90-HS-317” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.
Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.
Faktla bağlı rayon polisində araşdırma aparılır./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?