GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ziya Bünyadovun qatili həbsxanada danışdı - sensasion açıqlamalar

Ziya Bünyadovun qatili həbsxanada danışdı - sensasion açıqlamalar

Tarix: 19-02-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 380
Ziya Bünyadovun qatili həbsxanada danışdı - sensasion açıqlamalar

Əməkdaşımız akademiki öldürən Nazim Nağıyevlə məhbəsdə görüşdü; məhbus ilginc bilgilər verdi - cinayət dosyesinin yeni detalları, qatilin həyat hekayəsi

Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Nizami Nağıyev ile ilgili görsel sonucu

Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə “Yeni Müsavat”a müsahibəsində açıqladığı və geniş rezonans doğuran məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik. Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə görüşümüzə şərait yaradılsın.

Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni - Qobustana yollandıq. Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər, mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır. Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.

Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...

("Yeni Müsavat"ın müxbiri Elşən Məmmədəliyev Nizami Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında)

Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi. Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç” əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq.

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır... Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar. Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim qarşımdadır.

Ermənistandan Ramana sovxozuna uzanan yol...
Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi Ermənistanın Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı. Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca böyükdürlər, sonra da 1 qardaşı var.

Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə açıb:

O, həyatını belə nəql etdi:
- Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu. Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1 yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya...

Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi. Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını tərk etdik.

Parnik əkib, qoyun saxlayırdım...
Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim. Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.

1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi, elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim. Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz” kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim. Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi. Tariyel gec evlədi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz qılasan.
Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli idi. Ziyalı ailə idilər.

Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada oxuyub
Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi, özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım, namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim. İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət etməyə.

Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür. Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub. Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri ilə davam etdirir:

- Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur. Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi. Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım. Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz “Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü əmr bilirdik.

- Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə qatılmışdız?

- Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki, OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq verdim. O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt, döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə. Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi. Dedi ki, İranda Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə orada təlim keçirdilər. Onun danışıqları məndə maraq yaratmışdı.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qobustan məhbuslarından tələb gəldi

    Qobustan məhbuslarından tələb gəldi ...

    24-04-2013, 11:24

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • AFFA Nizami Hacıyev və Mirhüseyn Seyidova ömürlük cəza verdi

    AFFA Nizami Hacıyev və Mirhüseyn Seyidova ömürlük ...

    1-12-2017, 14:15

  • 
  • Ziya Bünyadovun qətlində iştirak edən ömürlük məhbusun atasından sensasion açıqlamalar

    Ziya Bünyadovun qətlində iştirak edən ömürlük ...

    30-01-2018, 11:10

  • 
  • Keçmiş icra başçısı həbsxanada vəfat etdi

    Keçmiş icra başçısı həbsxanada vəfat etdi ...

    1-07-2015, 19:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu