GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əfv maya qədər uzana bilər - mühüm gəlişmələr

Əfv maya qədər uzana bilər - mühüm gəlişmələr

Tarix: 19-02-2018, 23:44 Bölmə :Cəmiyyət Baxış: 422
Əfv maya qədər uzana bilər - mühüm gəlişmələr


Əfv Komissiyasının mütəmadi olaraq, hər həftə keçirilən iclasları davam edir. Novruz bayramına doğru günlər qısaldıqca, iclaslar intensiv xarakter almağa başlayıb. Komissiyaya məhbuslar tərəfindən edilən müraciətlərin sayı və bu müraciətlərə baxılma prosesi sürətlənib.

Artıq Novruzda əfvin veriləcəyi ilə bağlı ümidlər tamdır. Əfvlə yanaşı may ayında amnistiya aktının qəbulu ilə bağlı gözləntilər də durmadan artır. Əfv qədər amnistiyaya da ümidlər böyükdür. Bütün bunlarla yanaşı Əfv Komissiyasının müraciətlərə baxma prosesini Novruza qədər başa çatdıra bilməyəcəyi təqdirdə sərəncamın maya qədər uzana bilmə ehtimalları da meydana çıxıb. May ayında həm amnistiyanın, həm də əfvin ola biləcəyi deyilir.
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin ilk yaz sessiyasında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin.
S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun: “Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.
Əfv Məsələləri Komissiyasının digər üzvü Rəşad Məcid Modern.az-a bildirib ki, əfv sərəncamının verilməsi maya qədər uzana bilər: “Çünki müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Buna görə işlərin marta qədər yekunlaşacağı dəqiqləşməyib. Amma təbii ki, qərar prezident İlham Əliyevdən asılıdır”.
Məcid eyni zamanda qeyd edib ki, amnistiyanın aktının qəbul olunması parlamentin qərarından asılı olacaq: “Əgər belə bir təşəbbüs irəli sürülübsə, bizə də bu təşəbbüsdən irəli gələn məsələləri icra etmək düşür”.
Əfv Komissiyasının digər üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında indiyə qədər yüzlərlə ərizəyə baxıldığını söylədi: “Konkret rəqəm deyə bilmərəm, amma söhbət yüzlərlədən gedir. Şübhəsiz ki, müraciət edən hər bir məhbusun ərizəsini hərtərəfli araşdırmalı və sonra komissiyaya təqdim olunmalıdır. Bunun üçün əlbəttə müəyyən qədər vaxt lazımdır. Çünki komissiyasının iclasları da davam etdiyi vaxtda ərizələr də daxil olmaqdadır. Əgər bu məsələlər Novruz bayramına qədər başa çatmasa, ən geci Cümhuriyyət Gününə qədər bu məsələlərə baxılacaq. Hər şey müraciətlərin sayından asılıdır. Burada insan talelərindən söhbət gedir. Bu baxımdan diqqətli araşdırma çox vacibdir. Bu çox müzakirə tələb edir. Əgər komissiya müraciətləri araşdırıb, Novruz bayramına qədər başa çatdırsa, belə bir əfv bayram ərəfəsində gözlənilə bilər. Təbii ki, cənab prezident özü bunları müəyyən edir. Amma bayrama qədər olmasa, Cümhuriyyət Gününə qədər bu məsələ tam öz yekununu tapacaqdır. Əfv Komissiyasının sədri mütəmadi iclaslarını çağırmaqla buna nail olmağa çalışır. Ciddi sürətdə baxılır ki, Novruz bayramına qədər bunu başa çatdırmaq mümkün olsun. Amma yenə də deyirəm ki, burada tələsməmək lazımdır. Komissiyamızın sədri, hörmətli akademik Ramiz müəllim də bu məsələnin çox diqqətlə araşdırılmasının tərəfdarıdır.
İstənilən halda Novruz bayramına qədər cəhdlər olunacaq. Bilirsiniz ki, komissiyanın iclaslarında iştirak edən hər bir üzvü əksəriyyəti dövlət adamıdır. Bu günlərdə də çoxsaylı müxtəlif tədbirlər var. Bütün hallarda çalışır. Əsas olan odur ki, bütün məsələlər diqqətlə araşdırılır. Hər zaman olduğu kimi, bu dəfə də hərtərəfli araşdırma nəticəsində yekun rəyə gəlmək mümkün olacaq. Daxil olan müraciətlərə vahid yanaşma mövcuddur. Hamı qanun qarşısında bərabərdir. Kiminsə hansı qrupa aid olub-olmasından yaxud aktiv və qeyri-aktiv olub-olmamasından asılı olmayaraq, hər kəsin işinə baxılır. Burada hər kəsə bərabər yanaşma tətbiq olunur. Əlbəttə burada cinayət etmiş şəxsin xarakteri, onun şəxsiyyəti, zərərçəkmişin mövqeyi və digər məsələlər nəzərə alınır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novruzda əfv gözlənilir

    Novruzda əfv gözlənilir ...

    16-02-2017, 22:07

  • 
  • “Novruz bayramına qədər əfv olacaq”

    “Novruz bayramına qədər əfv olacaq” ...

    9-03-2016, 17:11

  • 
  • Əfv Komissiyasının yeni üzvündən əfv anonsu...

    Əfv Komissiyasının yeni üzvündən əfv anonsu... ...

    2-03-2016, 20:58

  • 
  • Əfv komissiyası yenə toplaşıb

    Əfv komissiyası yenə toplaşıb ...

    28-02-2017, 23:30

  • 
  • Azərbaycanda əfv gözlənilir

    Azərbaycanda əfv gözlənilir ...

    11-10-2013, 11:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu