"Azərbaycanda dərman vasitələrindən 2016-ci ildə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər zəhərlənib. Bu da onu deməyə əsas verir ki, ölkədə dərman vasitələrindən zəhərlənmələrinin sayı azalıb".
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim - toksikoloq İsmayıl Əfəndiyev deyib.
Xəstələrin 17 faizini uşaqların təşkil etdiyini vurğulayan İ. Əfəndiyev qeyd edib ki, kəskin zəhərlənməyə ən çox yuxugətirici və qıcolma əleyhinə dərman preparatları səbəb olur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?