GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sovetskidə söküntü qərarı: bəzi suallar meydana çıxır

Sovetskidə söküntü qərarı: bəzi suallar meydana çıxır

Tarix: 20-02-2018, 17:11 Bölmə :Cəmiyyət Baxış: 532
Sovetskidə söküntü qərarı: bəzi suallar meydana çıxır


Ötən gün Nazirlər Kabineti Bakının “Sovetski” məhəlləsinin taleyini həll edən qərar çıxarıb.

“Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərara əsasən, Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınacaq. Alan orqan isə Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Nazirlər Kabinetinin sözügedən qərarı ilə bağlı bəzi suallar meydana çıxır.
Belə ki, qərar Bakının Baş Planına əsaslanır, lakin paytaxtın Baş Planı ətrafında müzakirələr uzun müddətdir gedir. Ötən ilin may ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin hazır olduğu bildirmişdi. Amma bu layihənin hüquqi sənəd statusu alıb-almadığı məlum deyil. Nəticədə istinad edilən Baş Plana əsasən “Sovetski”də söküləcək evlərin yerində gələcəkdə nələrin inşa ediləcəyini ancaq təxmin etmək qalır.

İkinci məqam isə qərarda “Sovetski” ərazisindəki obyektlərin “dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi” məqsədilə dövlət ehtiyacları üçün satın alınacağı barədə deyilənlərdir. Bəs sökülən evlərin yerindən hansı kommunikasiya xətlərinin keçirilməsi planlaşdırılır?

Digər məqam isə bundan ibarətdir ki, hökumətin qərarına qədər həmin ərazidəki bəzi yaşayış yerləri özəl tikinti şirkətləri, biznesmenlər tərəfindən əsasən bazar qiymətlərinə yaxın qiymətlərə alınmışdı. Və müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən sahibkarlar orada çoxmərtəbəli binaların inşasına hazırlaşırdılar. O zaman söküntü qərarı, yaxud tikililərin dövlət ehtiyacları üçün satın alınmasına biznesmenlərin aldıqları həmin mülklər də daxil ediləcəkmi? Ümumiyyətlə, onların layihələrinin taleyi necə olacaq?

Bu məqamlara aydınlıq gətirmək üçün Nazirlər Kabinetinə müraciət etdik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli virtualaz.org-a açıqlamasında bildirdi ki, Bakının hansı Baş Planından söhbət getdiyini aydınlaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalıdır. Çünki bu sənəd onlarda var.
Nazirlər Kabinetinin rəsmisi həmçinin “Sovetski”də hansı dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilə biləcəyi haqda da danışıb. Onun sözlərinə görə, dövlət əhəmiyyətli kommunikasiya xətləri dedikdə, bura tunellər, körpülər, müxtəlif qurğular, telefon şəbəkəsi, qaz boruları, çirklənmiş suları təmizləmək üçün olan qurğular, yüksək gərginlikli ötürücülər və s. daxil ola bilər.

“Bunlar böyük miqyas daşıdıqda dövlət əhəmiyyətli hesab olunur. Məsələn, 110 kilovoltdan yüksək gərginlikli xətlər dövlət əhəmiyyətli sayılır. Ola bilər ki, “Sovetski” ərazisində gələcəkdə binalar və ya digər obyektlər tikilsin. İndiki mərhələdə ərazi obyektlərin su-kanalizasiya şəbəkəsinin, kommunikasiya xətlərinin qurulması üçün boşaldılır”-Akif Əli deyib.
“Sovetski”də əvvəlcədən sahibkarlar tərəfindən alınan obyektlərə gəlincə isə, A. Əli bildirib ki, əgər belə sahibkarlar varsa, onlarla bağlı məsələ Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tənzimlənəcək.

“Qərarda Yasamal Rayon İcra hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini həyata keçirsin. Məndə belə sahibkarların olması ilə bağlı məlumat yoxdur. Əgər belə sahiblarlar varsa, bu məsələlər icra hakimiyyəti tərəfindən tənzimlənəcək. İcra hakimiyyəti Nazirlər Kabinetinə təkliflərini təqdim edəcək”-mətbuat xidmətinin rəhbəri bildirib.

“Sovetski” məhəlləsinin sökülməsinin birinci mərhələsi 2014-cü ildən başlanılıb və birinci mərhələ 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailəköçürülüb. Onlara mənzillərinin hər kvadratmetrinə görə 1500 manat kompensasiya ödənilib. Mənzil sahəsi az olan bir qrup sakin isə yeni mənzillərlə təmin olunub./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iki mindən çox ev söküləcək

    Bakıda iki mindən çox ev söküləcək ...

    24-10-2017, 15:30

  • 
  • “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri…

    “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri… ...

    16-03-2015, 00:09

  • 
  • İlham Əliyev “Sovetski”də - Foto

    İlham Əliyev “Sovetski”də - Foto ...

    9-08-2017, 11:30

  • 
  • Nazirlər Kabinetindən yeni qərar

    Nazirlər Kabinetindən yeni qərar ...

    19-12-2012, 13:07

  • 
  • “Sovetski”də sökülən evlərə görə sakinlərə nə qədər pul veriləcək?

    “Sovetski”də sökülən evlərə görə sakinlərə nə ...

    10-02-2014, 22:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu