Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?