Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb
Mitinqçilər meydana toplaşıb.
Müxalifət liderləri artıq mitinqə gəlməyə başlayıb. İlk olaraq AXCP sədri Əli Kərimli gəlib.
***
Martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.
Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.
Mitinqin təşkilatçıları martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.
Bu mitinqdən əvvəl isə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.
O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.
Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.|amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?