Milli Şuranın keçirəcəyi mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriblər. AXCP sədri Əli Kərimli “Turan”-a belə deyib. O, mitinqin təşkilatçılarının Milli Şuranın üzvləri – hüquqşünas Namizəd Səfərov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, hüquq müdafiəçisi Oqtay Gülalıyev, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli olduğunu bildirib. Əli Kərimli mitinqin şüarının da artıq bəlli olduğunu deyib. Şüar “Korrupsiyaya son, Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, – olacaq. Milli Şura aprelin 9-u saat 15:00-da Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Sorğu
Yeni dizaynımız necədir?