GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı

Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı

Tarix: 15-03-2018, 18:48 Bölmə :Cəmiyyət Baxış: 444
Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı


Rusiya mənşəli kimyəvi silah tətbiq edilməklə zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripal və qızının məsələsinə görə Londonla Moskva arasında az qala müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda “Dumanlı Albion”da Kremlin daha bir düşməninin meyiti tapılıb.

Londonda intihar edən (ən azı rəsmi versiyaya görə) keçmiş oliqarx Boris Berezovskinin dostu, “Aeroflot”un keçmiş maliyyəçisi Nikolay Qluşkovun öldüyü barədə Skripalın zəhərlənməsi hadisəsindən cəmi bir neçə gün sonra məlum olub. Rusiyada bu xəbəri “Vedemosti” qəzetinin sahibi Demyan Kudryavtsev yayıb. Bildirib ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.

Britaniya mətbuatının yazdığına görə əvvəlcə Natalya Qluşkova atasının “boğularaq öldürüldüyünü” bildirib. Polis hadisəni araşdırıb və rusiyalı mühacirin “təbii səbəblərdən” öldüyü qənaətinə gəlib. Lakin ötən gün Qluşkovun ölümü ilə bağlı təhqiqata Böyük Britaniyanın antiterror polisi qoşulub. Onun evinin qarşısında çadır qurulub və mütəxəssislər hansısa nümunələr götürərək təhqiqat aparırlar.

“Kommersant” qəzeti yazıb ki, Qluşkov Berezovskinin dostu olmaqla bərabər Londonda polonium radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən keçmiş KQB polkovniki Aleksandr Litvinenkoya sui-qəsdi həyata keçirənlərdən biri, keçmiş FTX zabiti Andrey Luqovoyla da münasibətlərə malik olub. 68 yaşlı Qluşkovun Londonda mühafizəçilərsiz və xidmətçilərsiz yaşadığı bildirilir. O, 2000-ci illərin əvvəllərində “Aeroflot”da mənimsəmələrə görə tutulub və bir müddət həbsdə qalıb.

Qəzetin yazdığına görə atasına baş çəkməyə gedən Natalya Qluşkova evdə onun ölüsünü tapıb. O, atasının meyitində boğulma əlamətləri müşahidə edib.

Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb. Virtualaz.org araşdırıb ki, Natalya Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən “Vault Prive” kişi aksessuarları butikindən gedir.

Bu butik “yüksək keyfiyyətli kişi aksessuarları və diqqətlə seçilmiş brendlərdən sifarişlə malların çatdırılması” ilə məşğul olurdu. Hazırda butik işləmir. İnternet mənbələrində göstərilir ki, Natalya Qluşkova “Vault Prive” butiklər şəbəkəsinin əsasını qoyub və onun sahiblərindən biridir. O, əsasən Londonda, ara-sıra Moskvada yaşayır.

Qluşkovlar ailəsinə yaxın mənbə deyib ki, Rusiyada onun guya qeyri-ənənəvi seksual oriyentasiyaya mənsub olduğu və QİÇS xəstəliyindən əziyyət çəkdiyi haqda şaiyələr yayırlar. Lakin bunlar uydurmadır və Nikolay Qluşkov məsuliyyətli ailə başçısı, uşaqlarını sevən biri olub. Onun həbsdə olarkən səhhəti korlanmışdı və qan xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən qohumları Qluşkovun öldürüldüyünə inanmırlar.

Bildiriir ki, 2000-ci illərin əvvəllərində Qluşkov həbsdə olanda keçmiş KQB zabiti Luqovoy Berezovskiyə məxsus telekanalda təhlükəsizlik xidmətinin rəhbəri idi. O, görünür Berezovskinin sifarişi ilə hərəkət edərək Qluşkovu həbsxanadan xəstəxanaya aparılarkən qaçırmağa çalışmışdı. Lakin bu cəhd baş tutmamışdı və Luqovoy həmin qaçırılma cəhdinə görə 14 il həbs cəzası almışdı. Qluşkov isə həmişə bundan şübhələnirdi ki, Luqovoy FTX-nin sifarişi ilə hərəkət edib və onu həbsxanadan qaçırmaqla daha uzunmüddətli həbsə məhkum etdirməyi məqsəd qoyub.

Luqovoy o vaxt bir az həbsdə qaldıqdan sonra müəmmalı şəkildə azadlığa buraxılmışdı. 2004-cü ildə həbsdən çıxanda Qluşkov Luqovoydan onu niyə qaçırmağa çalışdığını, bunun FTX-nin sifarişi olub-olmadığını, habelə pullarının mənbəyini soruşub. Amma bu suallara cavab ala bilməyib.

Britaniya mətbuatının yazdığına görə hakimiyyət Qluşkovun da Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi sui-qəsdə qurban gedə biləcəyi versiyasını araşdırır. Onun meyiti ekspertizadadır və nə vaxt dəfn ediləcəyi məlum deyil./Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Putinin daha bir rəqibi müəmmalı şəkildə öldü

    ​Putinin daha bir rəqibi müəmmalı şəkildə öldü ...

    14-03-2018, 00:04

  • 
  • Rusiya öz düşmənlərinə qarşı Stalin metodları ilə mübarizə aparır

    Rusiya öz düşmənlərinə qarşı Stalin metodları ilə ...

    9-03-2018, 12:30

  • 
  • Britaniya baş naziri Rusiyanı hədələdi: “Cavabımız Putin üçün qəfil və qorxunc olacaq...”

    Britaniya baş naziri Rusiyanı hədələdi: ...

    14-03-2018, 11:39

  • 
  • Britaniya baş naziri Rusiyanı hədələdi: “Cavabımız Putin üçün qəfil və qorxunc olacaq...”

    Britaniya baş naziri Rusiyanı hədələdi: ...

    14-03-2018, 00:28

  • 
  • Sevinc Babayevanin öldüyü klinikanin sahibi azərbaycandandir

    Sevinc Babayevanin öldüyü klinikanin sahibi ...

    1-01-2013, 15:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu