Elnur Məcidli: “Sevinc Babayeva onun ölümündə maraqlı olan şəxslərin klinikasında öldürülüb”
Azərbaycan Beynəlxalq Universitetinin(ABU) keçmiş rektoru Elşad Abdullayevin ictimailəşdirdiyi videolardan sonra böyük bir cinayətin əsas şahidlərindən biri kimi tanınan Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı yeni iddalar ortaya çıxıb. Hazırda Fransada olan Elşad Abdullayevin sözçüsü Elnur Məcidli isə açıqlamasında deyib ki, S.Babayeva onun ölümündə maraqlı olan şəxslərin klinikasında öldürülüb: “Cavan qadın olub. Onun qəfil ölməsi şübhəlidir, bu, qətldir. İlk video yayılandan iki gün sonra özü direktoru olduğu kitabxanadan əşyalarını yığmışdı. Və sonra da ölkəni tərk edib. Ona hər şey üçün şərait yaradıblar və sonra ölkədən kənarda bu işi həll ediblər”. Elnur Məcidli klinikanın sahibini açıqlamasada, cox ciddi bir məsələyə toxunub. Klinikanın sahibi həqiqətən Azərbaycan hakimiyyətində təmsil olunan və ya onlara yaxın şəxsdirsə bu, S.Babayevanın ölümünün sifarişli olmasına dair şübhələri daha da artırcaq. Qeyd edək ki, “haqqin.az” saytı Sevinc Babayevanın ölümü ilə bağlı APA-nın “Medicana İnternational İstanbul Hastanesi”nə istinadən yaydığı məlumatda müəmmalı məqamların olmasını araşdırıb. Bildirib ki, Sevinc Babayevannın dünyasını dəyişdiyi barədə məlumatı yayan “Medicana İnternational İstanbul Hastanesi” özəl klinikadır. Bu klinika İstambulun Böyük Şehir mehellesi, 34520, Beylikdüzlü ünvanında yerləşir. Ancaq rəsmi açıqlamada bildirilir ki, Sevinc Babayeva əvvəlcə İstanbulun başqa bir ərazisində -Talat Paşa mehellesi 34513 Əsənyurt ünvanında yerləşən Əsənyurt Dövlət Xəstəxanasında müalicə edilib. Hansı ki, onlar arasında heç bir əlaqə yoxdur. Sayt qeyd edir ki, açıqlamada Əsənyurtda Sevinc Babayevaya ürək masajı, şok və s. üsulları tətbiq edildiyi, lakin bunların xəstəyə kömək etmədiyi bildirilir. Qəribədir ki, bundan sonra “dərmanla” müalicə üçün “Medicana İnternational İstanbul Hastanesi” gətrilir. Hansı ki, doğum evindən fərqi yoxdur. Bu faktlar isə Sevinc Babayevanın öldürülməsi ehtimalını artırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?