Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Musiqiçi Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib.
O, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu axşam.az-a bildirib ki, onun qonşusu ilə arasında mübahisəsi olub: “Məhkəmə işindən sonra buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb”.
Criminal.az yazır ki, Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?