Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.
İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Məhkəmədə məlum olin ki, zərərşəkmiş Elnur Məmmədov prosesə gəlməyib.
Hakim zərərçəkmişdən dəymiş ziyanın ödənilib-ödənilmədiyini soruşub. Rövşən Heybətovun vəkili Vasif İsarfilov söyləyib ki, dəymiş ziyanın əvəzinə Elnur Məmmədova maşın təklif edilib.
Məhkəmə ötən prosesdə "Zaminbank"ın "Mərkəz" filialının müdiri olmuş Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarmışdı. Amma N.İsrafilov məhkəməyə gəlməyib.
Qeyd edək ki, məlumata görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.
Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.
Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.
Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb.
E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min dollar olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.
Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.
Xatırladaq ki, jurnalist Fərahim İlqadoğlunun döyülməsində də Elnur Məmmədovun adı keçirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?