GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılır – təfərrüat

Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılır – təfərrüat

Tarix: 17-03-2018, 11:54 Bölmə :Cəmiyyət Baxış: 302
Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılır – təfərrüat

Dövlətə küllü miqdarda ziyan vuran həbsdəki bankirin “Bakı Fındıq Emalı” müəssisəsi hərrac yoluyla satılır

Cahagir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik etdiyi dövrdə bankın 60 milyon manat krediti hesabına ərsəyə gətirilən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılacaq. Aprelin 9-da keçirilməsi planlaşdırılan hərracda kompleksin ilkin qiyməti 37 milyon 744 min manat müəyyən olunub. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 571 manatdır.

Kompleks ilk dəfə ötən il “Bakı Fındıq Emalı” müəssisəsi adı altında hərraca çıxarılıb. Müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən “Azərkredit” hərraca çıxarıb. Həmin vaxt hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti fərqli olmayıb - 37 milyon 744 min manat müəyyən edilib.

Qeyd etdiyimiz kimi, müəssisə ABB-dən ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. Cəmiyyətin ümumi istehsal gücü: minimum 5 min ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılıb. İlk açıq hərrac 15 avqust 2017-ci ildə keçirilib. “Bakı Fındıq Emalı” müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Sonradan keçirilən hərracda adı açıqlanmayan şirkət müəssisəni ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa boyun olsa da, sonradan “Aqrarkredit”in şərtlərinin ağırlığı qarşısında geri çəkilməli olub.

Yada salaq ki, “Aqrarkredit” bank olmayan kredit təşkilatına 2015-ci ilin iyulundan bəri ABB-nin problemli aktivlərinin idarə olunması tapşırılıb. Bankın təxminən 10 milyard manat dəyərində aktivləri “Aqrarkredit”ə ötürüb. “Aqrarkredit” istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. “Aqrarkredit” QSC fəaliyyətə başlayandan bu günə qədər maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (http://www.aqrarkredit-emlak.az) adını elan edib. Bununla da işini bitmiş hesab edir. Faktiki isə dövlət ABB-nin borclarını üzərinə götürməklə bankdan yoxa çıxarılan 10 milyarda yaxın vəsaitin dövlət büdcəsi hesabına bağlanması - yəni hər bir vətəndaşın üzərinə yüklənməsi öhdəliyini üzərinə götürüb. ABB-nin mal-mülkünü satıb dövlətin üzərinə götürdüyü öhdəlikləri yüngüləşdirmək, yəni 10 milyarda yaxın borcun bir hissəsini həmin əmlakların satışı hesabına örtmək “Aqrarkredit”ə tapşırılıb. Bu təşkilat, rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayevin neqativ fəaliyyəti haqda mətbuatda kifayət qədər yazılıb. Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “AqrarKredit”ə verilməsinin hələ 2015-ci ildə zərərli olduğunu bəyan etmişdi. O, “Yeni Müsavat”a açıqlamasında demişdi.

Sitat: “AqrarKredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır. Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün M.Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın. Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib. Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur. Bundan başqa, həmin 10 milyard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub. İndi isə dövlət ABB-nin xarici borclarını və başa düşdüyüm qədər Neft Fonduna olan borcunu da öz üzərinə götürür. Bir sözlə, ABB tam təmizlənib özəlləşdirələcək. Ümumən düzgün istiqamətdir, başqa yol yoxdur, əks halda bank bağlanmalıdır. Bağlansa, yenə də yük dövlətin üzərində olacaq".

Ə.Həsənovun illər əvvəl söylədikləri gələn məlumatlarla da bir daha təsdiqlənir.

ABB İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib ki, bu il martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank ”MBA-Moskva", “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb: “Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.

Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir. Qeyd edək ki, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 faizə yüksəlib.

Xatırladaq ki, martın 14-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və bankın İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunub. Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib. Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Həmin iclasda bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ABB-nın keçmiş rəhbəri Cahangir Hacıyev məhkəmələrindəki çıxışlarında bankın çətin duruma salması ilə bağlı ittihamları rədd edib. Aprelin 9-da “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” adı altında hərraca çıxarılacaq, o dövrdə “Bakı Fındıq Emalı” müəssisəsi adlandırılan müəssisəyə ayrılan 60 milyon manatlıq kreditin mənimsənilmədiyini bəyan etmişdi. Onunla müttəhimlər kürsüsünü bölüşən Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 60 milyon kreditin müəssisənin genişləndirilməsinə xərlcəndiyini bildirmişdi. Ortada ABB-nin 10 milyardlıq buxarlanmış krediti, “Aqrarkredit” və onun rəhbəri “Şapka Mamed” var. Ortada olmayan isə C.Hacıyevdir.

Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Borca görə vergi ödəyicisinin 521 min manatlıq iki əmlakı hərraca çıxarılıb

    Borca görə vergi ödəyicisinin 521 min manatlıq ...

    31-01-2018, 11:00

  • 
  • Cahangir Hacıyevin həbsi 3 ay uzadıldı

    Cahangir Hacıyevin həbsi 3 ay uzadıldı ...

    3-06-2016, 02:15

  • 
  • Surət Hüseynovun zavodu satışa çıxarıldı

    Surət Hüseynovun zavodu satışa çıxarıldı ...

    7-08-2017, 14:57

  • 
  • Əmlak Komitəsi “obyekt paylayır”

    Əmlak Komitəsi “obyekt paylayır” ...

    28-12-2012, 12:10

  • 
  • Azərbaycanda 5 bankın 40 əmlakı hərraca çıxarıldı

    Azərbaycanda 5 bankın 40 əmlakı hərraca çıxarıldı ...

    25-01-2018, 19:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu