QRU-nun sabiq polkovniki Sergey Skripalın sinir iflici törədən maddə ilə zəhərlənməsindən sonra Londonda yaşayan varlı rusiyalılar öz mühafizələrini gücləndirirlər.
Bu barədə oliqarxların məsləhətçiləri bildiriblər.
Onların sözlərinə görə, şəxsi mühafizəçilərə, günboyu fəaliyyət göstərən tibbi yardıma, çatdırılma qidaların yoxlanmasına və şəxsi xidmətə tələbat artıb. Hətta elə imkanlı şəxs var ki, mənzilini nüvə bunkerləri üçün nəzərdə tutulmuş havanın filtrasiyası sistemi ilə təchiz edib.
“Bizə artıq altı nəfər rusiyalı müştərimiz zəng edərək, cangüdənlərlə, evlərin əlavə mühafizəsi və qida sifarişi ilə maraqlanıblar”, - milyonçulara konsyerj xidmətləri də göstərən daşınmaz əmlak agentliklərindən birinin icraçı direktoru bildirib. “Onlar artıq adi qida çatdırılması xidmətlərindən istifadə etmir və yeməyi müxtəlif yerlərdən alıb aparırlar, suyu isə yalnız şüşələrdən içirlər”, - o əlavə edib.
* * *20:39
London polisi Boris Berezovskinin dostu və işgüzar tərəfdaşı Nikolay Qluşkovun ölümü ilə bağlı cinayət işinə “qətl” maddəsi üzrə başlayıb. Virtualaz.org “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.
Ekspertiza göstərib ki, Qluşkov boğulma nəticəsində dünyasını dəyişib.
“Araşdırmaya rəhbərlik edən Terrorçuluqla mübarizə üzrə London polis idarəsi hazırda cənab Qluşkovun ölümünü qətl hadisəsi hesab edir”, - Skotland-Yard bildirib.
İlkin olaraq Qluşkovun intihar etdiyi düşünülürdü.
Xatırladaq ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.
Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb. Virtualaz.org araşdırıb ki, Natalya Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən “Vault Prive” kişi aksessuarları butikindən gedir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?