11:13 Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.
gundemxeber.az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb. Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik" futbol klubunun qapıçısıdır. O, mütəmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb. --------
09:35
gundemxeber.az APA-ya itsinadən xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub. Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?