gundemxeber.az report-a istinadən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
---------- 11:08
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.
Qeyd edək ki, 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?