Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib.
A.Alxaslı Azvision.az-a açıqlamasında saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin, qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib.
“Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?